Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sabirabadda 234 ailəyə ipəkqurdu toxumu paylanılıb

Sabirabadda 234 ailəyə ipəkqurdu toxumu paylanılıb

Prezident İlham Əliyevin respublikada baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr Sabirabadda uğurla həyata keçirilir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, ötən il rayonda 14 ton 100 kiloqram barama istehsal olunub. Cari mövsümdə isə 20 ton barama istehsalı nəzərdə tutulub və bunun üçün 500 qutu (9500 qram) inkubasiya olunan ipəkqurdu toxumu gətirilərək kümçülərə paylanılıb.

Dövlətin bu sahənin inkişafı üçün göstərdiyi qayğı və hər kiloqram məhsul üçün verdiyi əlavə subsidiyalar rayonda bu sahəyə olan marağı ilbəil artırır. Ötən il rayon üzrə 169 ailə barama istehsalı ilə məşğul olmuşdursa, bu mövsüm 234 kümçü ilə müqavilə bağlanılıb və onlara ödənişsiz olaraq ipəkqurdu toxumu paylanılıb.

Qeyd edək ki, rayonda ipəkqurdunun yem bazasının möhkəmləndirməsi üçün son 3 ildə 85 min tut tingi gətirilərək ayrı-ayrı yaşayış məntəqələrində əkilib.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

7 2019 15:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə