Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hacıqabul quşçuluq fabriki 21 milyon ədəd yumurta ixrac edib

Hacıqabul quşçuluq fabriki 21 milyon ədəd yumurta ixrac edib

Hacıqabul quşçuluq fabriki yumurta istehsalı üzrə ixtisaslaşıb. Hazırda ölkənin yumurtaya olan tələbatının böyük bir hissəsi bu istehsal müəssisəsinin məhsullarının hesabına ödənilir.

Quşçuluq fabrikinin direktor müavini Sahib Aslanov bildirib ki, ötən il müəssisədə 300 milyon ədəd yumurta istehsal olunub. Məhsulun 4,6 milyon ədədi xarici ölkələrə ixrac edilib. Cari ildə fabrikdə 303 milyon ədəd yumurta istehsalı nəzərdə tutulub. İlin ötən ayları ərzində müəssisədə 101 milyon ədəd ərzaqlıq yumurta istehsal olunub və məhsulun 21 milyon ədədi İran, İraq, Əfqanıstan və Qətərə ixrac edilib. Məhsulun qalanı isə yerli ticarət şəbəkələrində satılıb.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

7 2019 15:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 Sentyabr 2019 | 23:32
Şəhidlərin xatirəsinə ehtiram

Köhnə versiyamızdan xəbərləri izlə