Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

2801-dən 2820-yə

2801-dən 2820-yə

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov son bir ayda mötəbər beynəlxalq turnirlərdə uğurlu çıxışlar sayəsində öz reytinq göstəricisini 19 xal artırmışdır. Beynəlxalq Şahmat Federasiyasının (FİDE) avqust reytinqində 2801 xala malik olmuş Məmmədyarov yenicə açıqlanmış növbəti reytinq cədvəlində göstəricisini 2820-yə çatdırmışdır. 
Şahmatımızın lideri sentyabrın 1-nə olan vəziyyətə görə üçüncü mövqedədir. İlk iki pillədə isə noyabrda Londonda dünya şahmat tacı uğrunda matçda üz-üzə gələcək hazırkı çempion norveçli Maqnus Karlsen (2839) və ABŞ təmsilçisi Fabiano Karuana (2827) irəliləyirlər.
Hazırda dünyanın ən yaxşı on şahmatçısı sırasına Karlsen, Karuana və Məmmədyarovla yanaşı, çinli Din Lijen (2804), fransız Maksim Vaşye-Laqrav, Levon Aronyan (Ermənistan), hollandiyalı Aniş Giri (hər üçü 2780), Vladimir Kramnik (Rusiya, 2779), Uesli So (ABŞ, 2776) və Vişvanatan Anand (Hindistan, 2771) daxildirlər. 

 Oqtay BAYRAMOV, “Xalq qəzeti”

1 2018 21:13 - İDMAN
İDMAN
20 Sentyabr 2019 | 11:23
UEFA-nın yeni reytinqi
18 Sentyabr 2019 | 10:08
Yay transferlərində yeni rekord
16 Sentyabr 2019 | 23:05
La Liqa tarixində ilk

Köhnə versiyamızdan xəbərləri izlə