Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Belçikada Azərbaycanlı rejissorun filmi nümayiş etdirilib

Belçikada Azərbaycanlı rejissorun filmi nümayiş etdirilib

Gənc azərbaycanlı rejissor Orxan Ağazadənin "Oturacaqlar" filmi Belçikada keçirilən 22-ci Brüssel Qısa Filmlər Festivalı çərçivəsində nümayiş etdirilib.

Film festivalın "Beynəlxalq” və "Gələcək nəsil” müsabiqə mərhələlərində iştirak edib.

Həyatda yolları ayrılmış insanların hissləri və ailə dəyərlərindən bəhs edən film tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Filmin nümayişindən sonra onun ssenari müəllifi və quruluşçu rejissoru Orxan Ağazadənin iştirakı ilə müzakirələr keçirilib.

Auditoriyanın suallarını cavablandıran O. Ağazadə Londonda Kino Məktəbində təhsil aldığını və bu filmin diplom işi, eləcə də ilk ekran əsəri olduğunu diqqətə çatdırıb.

Müəllif həmçinin, filmin bir sıra beynəlxalq festivallarda iştirakının ölkəmizin və kinomuzun dünyada tanıdılmasına xidmət etdiyini qeyd edib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

7 2019 15:29 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
20 Avqust 2019 | 17:32
“Rast dünyası”

Köhnə versiyamızdan xəbərləri izlə