Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş respublika elmi-praktik konfransı

Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş respublika elmi-praktik konfransı

Lənkəran Dövlət Universitetində  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Tədris prosesində elmi innovasiyaların tətbiqi yollları” mövzusunda iki günlük respublika elmi-praktik konfransı işinə başlayıb.

Universitetin mətbuat xidmətinin rəhbəri Esmira İsmayılovanın  müxbirimizə göndərdiyi məlumatda bildirilir ki, respublika elmi-praktik konfransı dövlət himnimizin ifası ilə start götürüb. Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov iştirakçıları salamlayaraq konfransın işinə uğurlar arzu edib. Ölkədə təhsilin inkişafı istiqamətində görülən çoxşaxəli işlərdən söz açan universitet rəsmisi qazanılan uğurları ulu öndər Heydər Əliyevin düzgün siyasətinin bəhrəsi adlandırıb.

Ölkə başçısı İlham Əliyevin respublikda təhsilin inkişafına göstərdiyi diqqət və qayğını yüksək dəyərləndirən professor Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin qazandığı uğurların yürüdülən siyasətin səmərəli nəticəsi olduğunu deyib,Ümummili liderin ideyalarına daim sadiq qalacaqlarını ,elm və təhsilin dünya təhsilinə inteqrasiyası istiqamətində fəaliyyətlərinin davamlı olacağını bildirib.

LDU-nun İqtisadiyyat və innovativ idarəetmə kafedrasının müdiri, professor Telman İmanov “Tədris prosesində elmi innovasiyaların tətbiqi yolları” mövzusunda geniş məruzə edib.Məruzədə dünyada və ölkədə gedən innovatik prosesslər, onların təhsilə təsiri,tədris prosesində elmi innovasiyaların tətbiqi yolları,nəticələri,bu sahədə olan çatışmazlıqlar barədə ətraflı söhbət açılıb, görülən işlər fakt və rəqəmlər əsasında şərh və təhlil edilib.

Məruzə ətrafında çıxış edən Bakı Avrasiya Universitetinin dosenti Seyfəddin Altaylı konfransın olduqca maraqlı mövzuya həsr olunduğunu bildirib, ulu öndər Heydər Əliyevlə olan görüşlərindən söz açıb,həmçinin müəllifi olduğu kitabları LDU-nun kitabxanasına hədiyyə edib.

Konfransın plenar iclasında elmi –tədqiqat işində fərqlənən əməkdaşların bir qrupuna təşəkkürnamə, fəxri-fərman və sertifikatlar təqdim olunub.

Plenar iclasdan sonra konfrans işini bölmələrdə davam etdirir. Qeyd edək ki,“Riyaziyyat və təbiət elmləri”, “İqtisadiyyat,aqrar və texnika elmləri”, “Dilçilik və ədəbiyyatşünaslıq”, “Tarix, fəlsəfə və pedaqogika”bölmələri üzrə 170-dən çox tezis dinləniləcək və müzakirə ediləcək.Konfransın işində AMEA-nın elmi institutlarının,ölkəmizdə fəlaiyyət göstərən əksər universitetlərin tədqiqatçıları, müəllimləri, doktorant və dissertantları iştirak edirlər.

 

İ.MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

7 2019 15:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 Sentyabr 2019 | 23:32
Şəhidlərin xatirəsinə ehtiram

Köhnə versiyamızdan xəbərləri izlə