Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kardioloji müayinə kampaniyası

Kardioloji müayinə kampaniyası

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası pulsuz kardioloji müayinə kampaniyası təşkil edir.

Bu barədə universitetin mətbuat xidmətindən aldığımız məlumatda bildirilir. Məlumatda deyilir ki, mayın 10-da ATU-nun Tədris Terapevtik Klinikasının uşaq kardioloqu Elnur İmanov uşaqların kardioloji müayinəsini keçirəcək.

Xatırladaq ki, müayinə saat 09:00-dan 15:00-a qədər keçiriləcək. 
Müayinə kampaniyasının keçiriləcəyi ünvan belədir: Bakı şəhəri, Mərdanov qardaşları 1001-ci məhəllə, ATU-nun Tədris Terapevtik Klinikası (10-cu mərtəbə).

Hər kəs bu humanitar aksiyadan yararlana bilər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

7 2019 15:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Yanvar 2020 | 11:43
Hindistanın Respublika Günü

Köhnə versiyamızdan xəbərləri izlə