Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ADNSU-da ulu öndərin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib

ADNSU-da ulu öndərin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikasının dövlət himni ilə başlayan tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı ulu öndərin yaşadığı şərəfli ömür yolu, müxtəlif dövrlərdəki fəaliyyətindən danışıb. Heydər Əliyevin həm sovet dönəmində həm də müstəqillik illərində Azərbaycan üçün misilsiz xidmətlər göstərdiyini deyən rektor M.Babanlı onun elm, təhsil, mədəniyyət sahələrinin inkişafına xüsusi diqqət göstərdiyini vurğulayıb. Ulu öndərin bütün dünyada böyük nüfuza malik siyasi xadim kimi tanındığını bildirən rektor Mustafa Babanlı onun ideyalarının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

Tədbirdə çıxış edən millət vəkili Aydın Mirzəzadə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən danışıb.Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə xalq, dövlət, cəmiyyət üçün yorulmadan çalışdığını deyən Aydın Mirzəzadə onun əvəzsiz xidmətlərinin Azərbaycan xalqı tərəfindən daim uca tutulduğunu qeyd edib.

ADNSU-nun “İctimai fənlər” kafedrasının müdiri, professor Camal Mustafayev sovet dövründə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə Azərbaycanın uğurla inkişaf etdiyini bildirib. O qeyd edib ki, ulu öndərin fəaliyyəti nəticəsində Azərbaycan sosial-iqtisadi cəhətdən inkişaf edərək sovet məkanında ən qabaqcıl respublikalardan birinə çevrilib.

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri Salman Salmanov ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsindən, xalqımız qarşısında misilsiz xidmətlərindən danışıb.Salman Salmanov Azərbaycanın məhz ümummilli liderin uzaqgörən siyasəti sayəsində müstəqillik qazandığını, onun layiqli davamçısı prezident İlham Əliyevin sayəsində isə bu müstəqilliyi qoruyub saxlamağı bacardığını vurğulayıb.

 

ADNSU İctimaiyyətlə Əlaqələr ve Marketinq Departamenti

7 2019 14:17 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə