Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ramazan ayının başlanması münasibətilə təbrik

Ramazan ayının başlanması münasibətilə təbrik

Əziz həmvətənlər!
Sizi Ramazan ayının – orucluq və mənəvi yenilənmə, düşünmək və dua etmək, bağışlamaq və mərhəmət ayının başlanması münasibətilə təbrik edirəm. Bu müqəddəs ay bütün dünyada milyonlarla müsəlman üçün mənəvi kamilləşmə, nəcib və xeyirxah işlər dövrüdür. 
Azərbaycanda çoxəsrlik tarixi olan mənəvi ənənələrə hörmətlə yanaşılır. Bu ənənələrin əxlaqi və etik əsasları dəyişməz qalır. Çünki yaxınlarına qayğı, xeyirxahlıq və mərhəmət bütün dövrlərdə yüksək qiymətləndirilib. 
Əminəm ki, Ramazan ayı birlik və həmrəylik, hörmət və qarşılıqlı anlaşma dövrü olacaq. Qoy Ulu Tanrı bu müqəddəs günlərdə sizin bütün dualarınızı eşitsin və qəbul etsin. Sizə sülh, xoş günlər, səadət və rifah arzulayıram. 

 

Mehriban Əliyeva
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti

7 2019 01:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 İyul 2019 | 17:17
Homsda kilsə bərpa edilir

Köhnə versiyamızdan xəbərləri izlə