Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ulu öndərə həsr olunmuş sərgi-konfrans

Dövlət Gömrük Komitəsi Akademiyasında keçirilən tədbir iştirakçıları əvvəlcə məktəbin foyesində təşkil olunmuş ulu öndər Heydər Əliyevin Milli Kitabxanaya hədiyyə etdiyi şəxsi kitablarından ibarət sərgiyə baxıblar.
Tədbirdə Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov çıxış edərək ulu öndərin Azərbaycanın ictimai - siyasi həyatındakı xidmətlərindən, xüsusən, təhsil sahəsində apardığı islahatlardan, ölkəmizin sabahı olan gənclərə göstərdiyi diqqət və qayğıdan geniş söz açıb. Bildirib ki, bugünün gəncləri ümummilli liderin həyat yolunu, irsini dərindən öyrənməli, onun seçdiyi yolu özlərinə nümunə seçməlidirlər.
Tədbirin təşkilatçılarından olan Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək xalqımızın taleyində əhəmiyyətli rol oynamış, müasir Azərbaycanın inkişafında əvəzsiz xidmətləri olmuş dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş danışıb. O deyib ki, ulu öndər dörd dəfə Milli Kitabxanada olub və öz şəxsi kitabxanasından kitabların bir qismini kitabxanamıza hədiyyə edib. K. Tahirov söyləyib ki, Heydər Əliyev bu addımı ilə ziyalıların şəxsi kitablarını kitabxanalara bağışlamaq ənənəsinin əsasını qoyub. 
Bakı Dövlət Universitetinin kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan ümummilli liderin xidmətlərindən danışaraq onun böyük Azərbaycançı, böyük türkçü, vətənpərvər kimi yetişməsində oxuduqları kitabların rolunu vurğulayıb. K.Aslan bildirib ki, bu gün sərgidə nümayiş olunan kitablar dahi liderimizin fundamental biliyə malik olmasının bariz nümunəsidir.
Bakı Dövlət Universitetinin kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosenti Rasim Süleymanov çıxış edərək müstəqil Azərbaycanın qurucusu, banisi, ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsində kitabların əhəmiyyətindən danışıb.

 

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”

 

7 2019 00:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə