Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərsu” ASC-nin "Sutikinti” Müəssisəsi Ceyranbatan Su Təmizləyici Qurğular Kompleksində anbarlararası kollektorun yenidən qurulması işləri üçün tələb olunan mal-materialların satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

“Azərsu” ASC-nin

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- aşağı qiymət, yüksək keyfiyyət, təcrübə və maliyyə vəziyyəti. 
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Mir Cəlal küçəsi 34 A, “Azərsu” ASC “Sutikinti” Müəssisəsinin Təchizat şöbəsindən (əlaqələndirici şəxs Əhəddin Həsənovdan, 055-510-71-93) ala bilərlər.
İştirak haqqı 400 manatdır.
Təşkilat- “Azərsu” ASC-nin “Sutikinti” Müəssisəsi
VÖEN- 9900008771
Bank- “Kapital Bank” ASC-nin 1 saylı Nəsimi filialı
Kod- 200112
VÖEN-9900003611
M/h- AZ37NABZ 0135010000000001944
S.W. İ. F. T. BIK- AİİBAZ2X
H/h- AZ60AİİB33010019441102346111
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (tender komissiyasının adına);
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
- əsas şərtlər toplusunda nəzərdə tutulan digər sənədlər. 
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 20 iyun 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 28 iyun 2019-cu il saat 16.00-a qədər Bakı şəhəri, Moskva prospekti 67, “Azərsu” ASC-nin Təchizat və Satınalmaların İdarə Olunması Departamentinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 1 iyul 2019-cu il saat 16.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

Tender komissiyası

7 2019 00:36 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
17 Sentyabr 2019 | 03:06
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə