Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Abşeronlu məktəbli 700 bal toplayıb

Abşeronlu məktəbli 700 bal toplayıb

Bir müddət əvvəl Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanlarının nəticələrini elan edib.

İmtahanda I ixtisas qrupu üzrə 11 abituriyent, IV ixtisas qrupu üzrə isə 4 abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

Qəbul imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri Abşeron rayon Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin məzunu Rüstəm Qarayevdir. O, birinci qrup üzrə imtahanda iştirak edib.

Hədəfinə çatdığı üçün sevindiyini deyən Rüstəm təəssüratlarını “Absheronxeber.az”-la bölüşüb:

"Bu nəticəni gözləyirdim. Müəllimlərimin birgə səyi nəticəsində uğur qazana bildim. İki il hazırlığa getmişəm. Birinci imtahanda 650 bal toplamışdım. Onda çox həyəcanlı idim, mexaniki səhvə yol vermişdim. Bu dəfə çalışdım ki, səhvə yol verməyim. Şükürlər olsun, istədiyim nəticəni əldə etdim".

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

1 2018 16:56 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə