Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkdilli ölkələrdə təşkil olunacaq kinofestivallarda ölkəmizin iştirakı müzakirə edilib

Türkdilli ölkələrdə təşkil olunacaq kinofestivallarda ölkəmizin iştirakı müzakirə edilib

V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mədəniyyət naziri Əbülfəs Qarayevlə TURKPA-nın baş katibi Altinbek Mamausubov arasında görüş keçirilib.

Görüşdə türkdilli ölkələrdə təşkil olunacaq kinofestivallarda Azərbaycanın iştirakı müzakirə olunub.

Görüşdə türk ölkələri arasında mədəniyyət və kinomatoqrafiya sahəsində əməkdaşlığın genişləndirilməsi üçün təkliflər səsləndirilib.

Əbülfəs Qarayev bunun üçün qanuni mexanizmlərin işlənib hazırlanmasının vacib olduğunu qeyd edib. O, Azərbaycanda kinematoqrafiyanın inkişafı istiqamətində görülən işlərdən danışıb. Azərbaycan filmlərinin beynəlxalq festivallarda uğur qazandığını və mükafatlara layiq görüldüyünü bildirib.

Görüşdə türk ölkələri, o cümlədən Azərbaycanla kinomatoqrafiya sahəsində ortaq layihələrin keçirilməsi təklif edilib.

Qeyd olunub ki, bu cür layihələr ölkələrimizdə kinomatoqrafiya sahəsində əməkdaşlığın inkişafına təkan verəcək.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

6 2019 11:42 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə