Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Texniki Universitetdə Yaponiya dövlət təqaüd proqramının təqdimatı olub

Texniki Universitetdə Yaponiya dövlət təqaüd proqramının təqdimatı olub

Yaponiyanın ölkəmizdəki səfirliyinin nümayəndəsi Usui Takaaki, təhsil və mədəniyyət şöbəsinin əməkdaşı Günel Yüzbaşova Azərbaycan Texniki Universitetində (AzTU) olublar.

AzTU-dan bildirilib ki, beynəlxalq əlaqələr üzrə prorektor, professor Sübhan Namazov görüşdə Azərbaycan və Yaponiya arasındakı dostluq əlaqələrindən danışıb. AzTU haqqında məlumat verən prorektor universitetin beynəlxalq əlaqələrindən söz açıb və yaxın gələcəkdə Yaponiya universitetləri ilə əməkdaşlıq müqavilələrinin imzalanacağını vurğulayıb.

Səfirliyin nümayəndəsi Usui Takaaki azərbaycanlı gənclərin Yaponiyada təhsil almaq imkanlardan danışıb.

Sonra qonaqlar tələbələrlə görüşüblər.

Görüşdə Yaponiya Təhsil Nazirliyinin magistratura və doktorantura təhsili üçün nəzərdə tutulmuş təqaüd proqramının geniş təqdimatı keçirilib. Təqdimatda təhsil proqramının şərtləri, üstünlükləri və imkanları haqqında məlumat verilib, tələbələrin sualları cavablandırılıb.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

4 2019 12:05 - TƏHSİL
TƏHSİL
15 May 2019 | 12:03
Qaraciyər Elastoqrafiyası

Köhnə versiyamızdan xəbərləri izlə