Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi özəl sektoru yol infrastrukturunun inkişafı sahəsində əməkdaşlığa dəvət edir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi özəl sektoru yol infrastrukturunun inkişafı sahəsində əməkdaşlığa dəvət edir
Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli 1138 nömrəli fərmanı ilə təsdiq edilmiş Strateji Yol Xəritələrindən olan logistika və ticarətin inkişafına  dair Strateji Yol Xəritəsi rəqabətli, şaxələndirilmiş, inklüziv və dayanıqlı iqtisadiyyatın qurulması təşəbbüslərinin tərkib hissəsi kimi hazırlanmışdır. Bu fərmanın 1.3-cü logistika sahəsində əməliyyatların təkmilləşdirilməsi bəndinin 1.3.1-ci avtomobil nəqliyyatı infrastrukturu ilə bağlı əlavə tədbirlərin görülməsi yarımbəndində özəl sektorun cəlb edilməsi imkanları Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində özəl sektorlara “Tik-İşlət-Təhvil ver” layihələrinin həyata keçirilməsi məqsədilə aşağıda qeyd olunan layihələrin tikintisində özəl sektorlar tərəfindən investisiya qoyuluşu üçün layihələrin həyata keçirilməsində yerli və xarici özəl şirkətləri əməkdaşlığa dəvət edir.
1. R-6 Tağıyev-Sahil avtomobil yolunun 4 zolağa genişləndirilməsi işləri.
2. 2-ci texniki dərəcəli Quba-Şamaxı avtomobil yolunun tikintisi.
3. “Ağsu” aşırımından keçilməməsi şərtilə M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı-Ağsu hissəsinin tikintisi.
Maraqlanan özəl sektor təmsilçiləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edə bilərlər.
4 2019 00:24 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
15 İyun 2019 | 03:45
KAPİTAL BANK
15 İyun 2019 | 03:44
B İ L D İ R İ Ş
15 İyun 2019 | 03:44
B İ L D İ R İ Ş
15 İyun 2019 | 03:40
B İ L D İ R İ Ş
15 İyun 2019 | 03:39
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə