Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türk dünyasının tanınmış simaları Qarabağ və Kərkükün taleyi üçün Bakıda bir araya gəldilər

Türk dünyasının tanınmış simaları Qarabağ və Kərkükün taleyi üçün Bakıda bir araya gəldilər

Azərbaycan Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi” (TÜİB), Azəri-Türk Qadınlar Birliyi, Azərbaycan-Türkiyə Evi (ATEV), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və “Yeni Çağ” Media Qrupunun təşkilatçılığı ilə gerçəkləşən “Türk dünyasının gələcəyində Kərkük və Qarabağın yeri: Geosiyasi çağırışlar və perspektivlər” Beynəlxlaq Simpoziumunda Azərbaycan, Türkiyə və İraqdan millət vəkilləri, ictimai-siyasi xadimlər, tarixçilər, QHT və media mənsubları iştirak edirlər.

Simpoziumu giriş sözü ilə açan ATEV sədri Tənzilə Rüstəmxanlı tədbir iştirakçılarını salamlayaraq, onlara qatıldıqları üçün minnətdarlığını bildirib:

“Simpoziumun bu günə təyin edilməsi təsadüfü deyil. Bu qərarı dəyərli aydınlarımızla məsləhətləşərək verdik. Sabah isə Türk milli oyanış günüdür. Biz o tarixi hər il qeyd edirdik. Ancaq bu il o tarixi belə bir miqyaslı bilimsəl tədbir çərçivəsində də qeyd edəcəyik.

Bu simpoziumda Kərküklə Qarabağın seçilməsi təsadüfi deyil. Hər ikisi Türk dünyasının qanayan yarasıdır. Kərkük Azərbaycanın qardaşı deyil, Kərkük bizimdir, özümüzündür, Azərbaycanın səsidir”.

Daha sonra çıxış edən İraq Türkmən cəbhəsinin rəhbəri, Kərkükdən millət vəkili olan Ərşad Salihi bildirib ki, türklər əsarəti qəbul edən millət deyil:

“Biz əsarəti qəbul etmədiyimiz üçün bayrağımız hər zaman yüksələcək. Orta Asiyada sıxışdırılan türklər heç vaxt əsarəti qəbul etmir. Biz əminik ki, əsarəti sevməyən Azərbaycan türkləri də bir gün Qarabağı işğaldan azad edəcək”.

Etibar Məmmədov Kərkük problemi ilə Qarabağ probleminin eyniləşdirilməsini dəstəkləyib: “Bu problem bütün türklərin problemidir. Bütün türk dünyasına qarşı təzyiqlər var. Bu problemin həlli üçün türk dövlətləri ortaq iş görməlidir. Türklərin yaşadıqları yerləri tərk etdirilməsinin qarşısı alınmalıdır. Türk dövlətləri buna qarşı çıxmalıdır. Türkiyə və Azərbaycanın qarşısında duran vəzifələrdən biri də sıxışdırılan türklərin yanında olmaq, onlara siyasi, iqtisadi, mədəni dəstək olmaqdır”.

“Olaylar” İnformasiya Agentliyinin rəhbəri Yunus Oğuz Türk milli ruhunun birləşdirilməsinin vacibliyini önə çəkib:

“Xatırladım ki, ötən il “Fərqanədən Qarabağa”, bu il isə “Kərkükdən Qarabağa” simpozium təşkil olunub. Kərkük, Qarabağ, Anadolu – bunlar hamısı vətəndir. O vətəndə bütün Türk dünyası var. Türk dünyasını bir araya gətirmək üçün türk dövlətləri birgə səy göstərməlidirlər.

Kərkürk problemi təkcə Kərkükdə, Qarabağ problemi yalnız Qarabağda deyil. Nə qədər ki, milli ruh bütövləşməyib, vətənimiz parçalanacaq. Nə qədər ki, Türk ruhu bir araya gəlməyib, o problemlər elə də qalacaq”.

Azərbaycan xalq şairi, VHP sədri Sabir Rüstəmxanlı çıxışında Qarabağ məsələsinə toxunaraq bildirib ki, dünyanın hər yerində Qarabağ problemini təbliğ edirik:

“Milli şüurun oyanması son dərəcə önəmlidir. Türkçülük bayramının keçirilməsi millətin varlığını qorumaq yoludur. Türk dünyası qlobal güclər tərəfindən sıxışdırılır. Türk dünyası min ildir İran-Turan, mədəniyyətlərin savaşındadır. SSRİ dağıldı, oradan ayrılıb müstəqil olan dövlətlərdən 5-i türk dövlətidir. O dövlətlər birlik yarada bilərdilər.

Türk dünyasının problemini ancaq QHT-lər qabardır. Ancaq dövlət bu işdə yoxdur. Bu gün keçirilən simpoziumda da dövləti təmsil edən nümayəndə yoxdur. Əslində dövlət bu işə dəstək verməlidir”.

“Kərkük” Panelində Kərkük Mədəniyyət Mərkəzinin rəhbəri Şəmsəddin Kuzəçi də çıxış edib.

Şəmsəddin Kuzəçi bildirib ki, İraq dedikdə ağla Osmanlı gəlir:

“İraqı uzun illər Osmanlı imperiyası idarə edib. İraqda mətbuatın təməli də Osmanlı dönəmində atılıb. İraq Osmanlıdan ayrıldıqdan sonra Osmanlıya aid hər şeyi məhv etdilər.

2003-cü ildən sonra İraqda mətbuat üzərindəki senzura aradan qalxdı. Ondan sonra çoxlu sayda qəzetlər, TV kanallar açıldı. Türkman Elində də müstəqil qəzetlər, TV kanallar açıldı.

Azərbaycan mətbuatı məsafə cəhətdən nə qədər uzaq olsa da, daim İraq türkmanlarına sahib çıxıb. Nəinki sahib çıxıb, hətta bizim özümüz kimi yazıb”.

“Kərkük” Panelində Kərkük Mədəniyyət Mərkəzinin rəhbəri Şəmsəddin Kuzəçi də çıxış edib.

Şəmsəddin Kuzəçi bildirib ki, İraq dedikdə ağla Osmanlı gəlir:

“İraqı uzun illər Osmanlı imperiyası idarə edib. İraqda mətbuatın təməli də Osmanlı dönəmində atılıb. İraq Osmanlıdan ayrıldıqdan sonra Osmanlıya aid hər şeyi məhv etdilər.

2003-cü ildən sonra İraqda mətbuat üzərindəki senzura aradan qalxdı. Ondan sonra çoxlu sayda qəzetlər, TV kanallar açıldı. Türkman Elində də müstəqil qəzetlər, TV kanallar açıldı.

Azərbaycan mətbuatı məsafə cəhətdən nə qədər uzaq olsa da, daim İraq türkmanlarına sahib çıxıb. Nəinki sahib çıxıb, hətta bizim özümüz kimi yazıb”.

“Kərkük” Panelində çıxış millət vəkili Qənirə Paşayeva tədbirin əhəmiyyətindən danışıb

Qənirə Paşayeva bildirib ki, Səddam Hüseyn dövründə TV-də işləyərkən Kərkükə getməyə icazə vermirdilər:

“O zaman bir dəfə şans yarandı. Kərkükə getdik, oradakı insanlarla rahat danışmağa başladım. Yanımızda olan xarici jurnalistlər şoka düşmüşdülər. Suallar verirdilər ki, necə olur, azərbaycanlısınız, ancaq İraqda rahat danışırsınız? Orada bildirdim ki, biz bir millətik.

Vətən məsafələrlə ölçülmür. Biz öz uşaqlarımıza bunları anlatmalıyıq. Qarabağ, Kərkük kimi problemlər hamımızın davası olmalıdır. Əgər bir olsaq, problemlərimizi daha asan həll edərik. Azərbaycanın İraqda səfirliyi var, ancaq təklif edirəm ki, Kərkükdə də konsulluq açılsın. Biz əlaqələri daha da genişləndirməliyik.

Qarabağ problemi zamanı türk dünyasından dəstək istəmişik. Türkiyə daim yanımızda olub, ancaq digərlərinin başı öz problemlərinə qarışmışdı.

Biz heç zaman unutmamalıyıq ki, Qarabağ və Kərkük türk dünyasının açar nöqtələridir. Türk dünyası çalışıb bu problemləri həll etməlidir”.

Professor Kürşad Zorlu Kərkük və İraqdakı türkmanların problemləri barədə danışıb. O bildirib ki, getdiyi hər yerdə Kərkük və Qarabağ problemini gündəmə gətirir: “Kərkük və Qarabağı eyniləşdirmə çox məntiqlidir. Bunu bir araya gətirən ən əsas səbəb demoqrafik problemlərdir. Türkləri öz torpaqlarından qovurlar. Qarabağda, Şimali Kiprdə, Kərkükdə də bu problem var.

Azərbaycan türkçülüyü inşa edən ölkələrdən biridir.

Mosul 1918-ci ilə qədər Osmanlının torpağı olub. Atatürk Mosulun, Kərkükün Türkiyənin tərkibində qalması üçün çox işlər görüb, ancaq beynəlxalq güclər buna imkan vermədi. İraqda Səddam Hüseyndən əvvəl, onun vaxtında və sonra demoqrafik dəyişiklik yalnız türkmanlara qarşı edilib. Çalışırlar ki, türkmanlar kompakt yaşamasınlar və beləcə ölkəni rahat idarə etsinlər. Qarabağda da bu problem yaşanıb və yaşanmaqdadır.

Müstəqil olmaq düşüncəsi var. Türkmanlar bunu haqq edirlər. Ancaq bu gələcəyin düşüncəsidir. Türkmanlar o coğrafiyanın ən əsas gücləridir. Ona görə də daim onları sıxırlar. Türkmanların dillərini də yox etmək istəyirlər. Əgər bunu yox etsələr, millətimizi də yox etmiş olacaqlar”.

 

Hazırladı:
Anar TURAN,
Elşən Ağalar (Foto)
“Xalq qəzeti”

3 2019 11:00 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə