Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əbülfəs Qarayev Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin birinci müavini ilə görüşüb

Əbülfəs Qarayev Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin birinci müavini ilə görüşüb

Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin birinci müavini Mikheil Giorgadze ilə görüşüb.

Nazir qonaqları salamlayaraq mədəniyyət sahəsində iki ölkə arasında əlaqələrin dinamik inkişafından məmnunluğunu ifadə edib, əməkdaşlığı daha da genişləndirmək üçün yaxşı imkanların olduğunu bildirib.

Səmimi qəbula görə minnətdarlığını bildirən Mikheil Giorgadze Azərbaycan və Gürcüstan arasında mədəni əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, maraq doğuran digər məsələlər müzakirə olunub.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

3 2019 12:18 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə