Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Polşa Respublikasının Prezidenti zati-aliləri cənab Andjey Dudaya

Polşa Respublikasının Prezidenti zati-aliləri cənab Andjey Dudaya

Hörmətli cənab Prezident!
Ölkənizin milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi–qəlbdən təbrik edirəm. 
Azərbaycan–Polşa əlaqələri zəngin tarixə və xoş ənənələrə malikdir. İnanıram ki, dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi siyasi təmaslarımızın müvəffəqiyyətlə davam etdirilməsi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün daim möhkəm təməl olacaqdır. 
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Polşa xalqına əmin-amanlıq və rifah arzulayıram. 
 Hörmətlə, 

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,  30 aprel 2019-cu il

3 2019 02:48 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə