Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident öz vətəndaşlarının rifahı üçün hər şeyi edir

Prezident öz vətəndaşlarının rifahı üçün hər şeyi edir

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində böyük işlər görüb. Məcburi köçkünlər üçün yeni qəsəbələr, şəhərciklər salınıb, onların digər sosial problemlərinin həlli ilə bağlı ciddi addımlar atılıb. Ümumilikdə qaçqın və məcburi köçkünlər üçün indiyədək 97 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri inşa edilib ki, bu da 265 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraitinin yaxşılaşdırılması deməkdir.

Sevindirici haldır ki, ölkəmizdə qaçqın və məcburi köçkünlərə göstərilən bu diqqət və qayğı bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir və bu təcrübədən istifadə olunur. Birinci vitse-prezident Mehriban  xanım Əliyevanın da məcburi köçkünlərin problemlərinin həllinə  həmişə həssaslıqla yanaşır.

İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı     nitqində də dövlətimizin  başçısı  məcburi köçkünlərin sosial  vəziyyətinin bundan sonra da   yaxşılaşacağını bildirdi:  “Bu il məcburi köçkünlər üçün yeni yaşayış binalarının tikintisi nəzərdə tutulur. Bildiyiniz kimi, son illərdə yüzdən çox köçkün şəhərciyi salınıb. Biz 10 ildən çoxdur ki, çadır şəhərciklərini ləğv etdik və məcburi köçkünlərə yaxşı şərait yaratdıq. Ancaq hələ də ağır vəziyyətdə yaşayan köçkünlər var və onların problemlərinin həlli bizim üçün əsas məsələlərdən biridir. Keçən il 6 min köçkün ailəsi üçün yeni müasir evlər tikilib,  mənzillər təqdim edilib. İlin əvvəlində təqribən 6 min köçkün ailəsi üçün mənzillərin tikintisi nəzərdə tutulurdu, biz bu mənzillərin, evlərin sayını artıracağıq. Artıq müvafiq göstərişlər verildi, əlavə vəsait ayrılıb və işlər başlamışdır. Burada da ədalət əsas prinsip olmalıdır və bu gün bu prinsip təmin edilir”.

Məcburi  köçkünlərə  qayğı bununla  bitmir.  Onlara sosial müavinətlər  verilir,  məktəblər,  xəstəxanalar  tikilir.  Bir sözlə, bu  gün məcburi köçkünlər  dövlətin   qayğısını hiss edir  və bu  diqqətə  görə   cənab Prezidentə öz minnətdarlıqlarını bildirirlər.

Mən həkiməm.  Səhiyyə sahəsinə  göstərilən  qayğı, məcburi köçkünlərin  sağlamlığının  qorunmasına  göstərilən  diqqətin  şahidiyəm.  Onların  pulsuz  tibbi müayinəsinin  təşkili  neçə illərdir ki, davam etməkdədir.

Ümumiyyətlə,  ölkəmizdə son illər  səhiyyənin  inkişafına  dövlətimiz   xüsusi önəm verir. Elə   Nazirlər  Kabinetinin  iclasındakı  nitqində də    cənab Prezident bunu  bir  daha  təsdiq etmişdir: “Bu il 10-a yaxın yeni mərkəzi rayon xəstəxanası fəaliyyətə başlayacaq. Beləliklə, Azərbaycanda bir dənə də şəhər, rayon olmayacaq ki, orada ən müasir standartlara cavab verən tibb mərkəzi olmasın”.  Məcburi köçünlər üçün  salınmış qəsəbələrin hər birində müasir  tibbi  avadanlıqlarla təmin olunmuş   xəstəxanalar, poliklinkalar, tibb məntəqələri fəaliyyət  göstərir.

Prezident İlham  Əliyevin  qarşıya  qoyduğu əsas  hədəflərdən biri ölkə  vətəndaşlarının  tibbi  xidmətə əlçatanlığının  təmin edilməsidir. İcbari tibbi  sığortanın  tətbiqi  bunu təmin etməyə, tibbi  xidmətlərin keyfiyyətini  yüksəltməyə xidmət edəcəkdir.

Bütün bunlara görədövlət  başçımıza  təşəkkürümüzü  bildirirəm.

 

Nüsrət ƏHMƏDOV,
Qubadlı Rayon Mərkəzi Xəstəxanasının  baş həkimi

2 2019 15:25 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə