Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan-Uruqvay iqtisadi əlaqələri müzakirə edilib

Azərbaycan-Uruqvay iqtisadi əlaqələri müzakirə edilib

  İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Uruqvay Şərq Respublikasının Xarici İşlər naziri Rodolfo Nin Novoa ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən aldığımız məlumatda bildirilir ki, görüşdə Azərbaycan və Uruqvay arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Nazir Şahin Mustafayev qeyd edib ki, ölkələrimiz arasında ticarət əlaqələri inkişaf edir, Azərbaycan 2018-ci ildə Uruqvaya ən çox neft ixrac edən 5 ölkədən biri olub. Bununla belə, iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var. Azərbaycan və Uruqvay nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili iqtisadi əməkdaşlığın və biznes strukturları arasında əlaqələrin möhkəmləndirilməsində faydalı ola bilər.

Şahin Mustafayev iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün möhkəm müqavilə-hüquq bazasının yaradılmasının önəmini qeyd edib, Azərbaycan və Uruqvay arasında əməkdaşlığın inkişafı üçün potensialı diqqətə çatdırıb. Qeyd edilib ki, Uruqvay şirkətləri Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən faydalana bilərlər.

Uruqvay Şərq Respublikasının Xarici İşlər naziri Rodolfo Nin Novoa ölkəmizdə həyata keçirilən islahatlardan və əldə olunan nailiyyətlərdən məmnunluğunu ifadə edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşdə aparılan müzakirələrin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayacağını vurğulayıb.

Görüşdə Bakıda keçiriləcək V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti və bu Forumun beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcəyi vurğulanıb.

Görüş çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Uruqvay Şərq Respublikası Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq haqqında” Saziş imzalanıb. Sənəddə ölkələrimiz arasında iqtisadi, ticarət və texniki əməkdaşlığın genişləndirilməsi məqsədilə Birgə Komissiyanın yaradılması, kiçik və orta şirkətlər arasında əməkdaşlığın, hər iki ölkədə keçirilən beynəlxalq sərgi və yarmarkalarda iştirakın təşviqi, investisiya sahəsində təcrübə mübadiləsinin təşkili və s. məsələlər nəzərdə tutulur.

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

2 2019 12:07 - İQTİSADİYYAT
İQTİSADİYYAT
13 İyul 2019 | 17:10
Həftəsonu neftin qiyməti
1 İyul 2019 | 18:30
Yeni asteroid təhlükəsi

Köhnə versiyamızdan xəbərləri izlə