Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ali məktəblərdə hazırlıq qruplarının yaradılması ilə bağlı təkliflər açıqlandı

Ali məktəblərdə hazırlıq qruplarının yaradılması ilə bağlı təkliflər açıqlandı

Dövlət Imtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali məktəblərdə hazırlıq qruplarının yaradılması ilə bağlı hökumətdə müzakirə edilən bəzi təklifləri açıqlayıb.

M.Abbaszadə bildirib ki, təkliflərə əsasən, hazırlıq qruplarına qəbul üçün bal müəyyənləşdiriləcək: "Abituriyentlər bu balı topladıqları zaman istəklərinə uyğun olaraq həmin hazırlıq qruplarında oxuyacaqlar. Hazırlıq qruplarında təhsil aldıqdan sonra isə yenidən qəbul imtahanlarında iştirak edərək ali məktəblərə qəbul olunacaqlar. Hazırlıq qruplarında təhsil almaq abituriyentə üstünlük verməyəcək".

DİM sədri əlavə edib ki, ali məktəblərdə hazırlıq qruplarının yaradılması ilə bağlı təkliflər hazırda hökumət tərəfindən müzakirə edilir. Qaydalar təsdiq edildikdən sonra DİM onun tətbiqi mexanizmi barədə açıqlama verəcək:

"Builki qəbul kampaniyası hələ ki, mövcud qaydalar əsasında keçirilir.

Hazırlıq qrupları ilə bağlı yeni qaydalar təsdiqləndikdən sonra DİM onun qüvvəyə minmə tarixindən etibarən tətbiqinə başlayacaq. Yaxşı olardı ki, yeni qaydalar sentyabr ayından qəbul edilsin ki, həmin ilin abituriyentləri bunları əvvəlcədən bilsin. O zaman biz də maarifləndirmə işini düzgün qura bilərik".

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

2 2019 11:50 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə