Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qusarda heyvanlar arasında profilaktik tədbirlər davam etdirilir

Qusarda heyvanlar arasında profilaktik tədbirlər davam etdirilir

Kənd Təsərrüfatı Nazirliyi yanında  Dövlət  Baytarlıq Xidməti (DBX) bildirir ki, Qusar rayonunda “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planına” uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktiki peyvəndlənmə, diaqnostiki müayinə, dezinfeksiya, dezinseksiya və müalicə tədbirləri davam etdirilir. Qeyd olunan tədbirlər Qusar Rayon Baytarlıq İdarəsinin 15 sahə baytarlıq məntəqəsi tərəfindən aparılır.

Cari ilin müvafiq dövrü ərzində rayonda iribuynuzlu, xırdabuynuzlu, təkdırnaqlı heyvanlarda və donuzlarda,  baş sahibli itlərdə xəstəliklərə qarşı peyvənd aparılıb.

Fevral ayından Qusar rayonu ərazisində saxlanılan heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 38412 baş iribuynuzlu və 62192 baş xırdabuynuzlu heyvanda dabaq xəstəliyinə qarşı peyvəndləmə həyata keçirilib. Həmçinin ilin əvvəlindən indiyə kimi baytarlıq xidməti tərəfindən rayon ərazisində 8650 kvadratmetr sahədə dezinfeksiya işləri görülüb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.

Qusar rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, xırdabuynuzlu heyvanlarda qarayara, iri və xırdabuynuzlu heyvanlarda bruselyoz  və digər xəstəliklərə qarşı peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin atlarda manqo (göz sınağı müayinəsi), iribuynuzlu heyvanlarda vərəm (allergik müayinə), xırdabuynuzlu heyvanlarda bruselyoz və qoçlarda epididimitə (seroloji müayinə) görə diaqnostik, quşlarda, iri və xırdabuynuzlu heyvanlarda (askaridioz, diktikaulyoz, fassilyoz və s.) koproloji müayinələrin aparılması nəzərdə tutulur.  

Baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” sözü yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiqi barədə heyvan sahibləri ilə söhbətlər və izahat işləri aparılır. Həmçinin tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahibləri məlumatlandırılır, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

2 2019 11:12 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə