Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Akademik Milli Dram Teatrının kollektivi Mahaçqalada

Akademik Milli Dram Teatrının kollektivi Mahaçqalada

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Mahaçqalaya qastrol səfərindədir. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, mədəniyyət ocağı öz repertuarında böyük uğurla nümayiş olunan "Ölülər" tamaşası ilə ölkəmizi Xəzəryanı Dövlətlərin Beynəlxalq Milli Teatr Festivalında təmsil edəcək.

Festival Dağıstanın Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və M.Qorki adına Dövlət Respublika Rus Dram Teatrının təşkilatçılığı ilə keçirilir.Festivalda Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistandan olan 18 teatr iştirak edir.

Beynəlxalq mədəniyyət tədbirində "Ən yaxşı tamaşa", "Ən yaxşı mono tamaşa", "Ən yaxşı rejissor işi", "Ən yaxşı qadın rolu", "Ən yaxşı kişi rolu" və s. nominasiyalar üzrə mükafatlar təqdim olunacaq.

İlk tamaşa Tatarıstandan olan Tukay adına Atnin Dövlət Dram Teatrının "İtirilən gün", son nümayiş isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının "Ölülər" əsəri olmuşdur.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

1 2019 16:29 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə