Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı beynəlxalq təcrübə öyrənilir

Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı beynəlxalq təcrübə öyrənilir

Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2019-cu il 1 mart tarixində “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncam imzalanmışdır. Sərəncama əsasən Mədəniyyət Nazirliyinə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və digər aidiyyəti qurumların təkliflərini nəzərə almaqla “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası” layihəsinin hazırlanması tapşırılmışdır.

Bununla əlaqədar tanınmış kino mütəxəssislərindən, bu sahədə fəaliyyət göstərən ictimai təşkilatların və müstəqil prodüser mərkəzlərinin nümayəndələrindən, eləcə də dövlətin kino sahəsinə məsul şəxslərindən ibarət İşçi Qrupu yaradılmışdır.

“Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın hazırlanmasında beynəlxalq təcrübənin öyrənilməsi üçün yaradılmış, Nazirliyin Aparat rəhbərinin müavini – Hüquq və daxili nəzarət şöbəsinin müdiri Namiq Qulamov, Kinematoqrafiya şöbəsinin sektor müdiri Aydın Hüseynov, “Azərbaycanfilm” kinostudiyasının direktor müavini Azər Quliyev və “Ultra production” şirkətinin rəhbəri Pərviz Məmmədovdan ibarət İşçi Qrupunun növbəti səfəri Gürcüstan Respublikasına olmuşdur.

Səfər çərçivəsində Gürcüstanın kinematoqrafiya sənayesinin iştirakçıları ilə görüşlər keçirmiş, bu sahədə olan vergi, gömrük və digər imtiyazlarla bağlı təcrübələri təhlil edilmişdir.

Qeyd edək ki, bugünədək təşkil edilən müzakirələrdə “Azərbaycanfilm”, “Narimanfilm”, “Salnaməfilm”, Bakı Media Mərkəzi, “Ultra production”, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzi və s. dövlət və özəl kino müəssisələrinin, bu sahədə fəaliyyət göstərən ictimai təşkilatların, eləcə də müstəqil kino mütəxəssislərinin təklifləri dinlənilmiş, Azərbaycanda bu sahədəki mövcud vəziyyət, film sənayesinin yenidən qurulması, sahənin inkişafı ilə bağlı problemlər və s. məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

1 2019 15:06 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə