Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müğənni: "Azərbaycanda incəsənət sahəsinə göstərilən qayğıya çox az ölkədə rast gəlinə bilər"

Müğənni:

Azərbaycanda istedadlı gənc sənətçilər çoxdur. Bunlardan biri də gənc müğənni Xəyyam Nisanovdur. O, Azərbaycan musiqisini xarici ölkələrdə layiqincə təmsil edir, paytaxtımız, milli mətbəximiz, adət-ənənələrimizin təbliğatını aparır. Müğənni deyir ki, dövlətin mədəniyyət və incəsənətimizə önəm verməsi, bu sahəyə böyük diqqət və qayğı göstərməsi sənət adamlarını bu işə daha da ruhlandırır.

Xəyyam Nisanov "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində açıqlamasında bildirib: "Mənim üzərimə çox xoş bir yük düşüb ki, musiqimizi digər ölkələrdə təmsil edə bilirəm. Nəinki musiqimizi, mən deyərdim ki, hətta adət-ənənələrimizi. Çünki bizim adətlərimiz çox gözəldir. Moskvada və ya Rusiyanın hər hansı bir şəhərində, eləcə də Almaniyada, Fransada olanda haradan olduğumu soruşurlar. Mən deyirəm ki, Azərbaycandan, Bakıdanam. Bu şəhəri tanıdıqlarını, burada olduqlarını bildirirlər. Bu, həm mənim üçün, həm də bizim Vətənimiz üçün çox sevindirici haldır. Artıq xaricilər də bizim adətlərimizi bilir, bizim onlara qarşı diqqətimizi görürlər".

Müğənni qeyd edib ki, Azərbaycanda incəsənət sahəsinə göstərilən qayğıya çox az ölkədə rast gəlinə bilər: "Dövlət başçımıza və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildiririk ki, bizə bu qayğını, bu diqqəti yetirirlər. Biz də həmişə çalışacağıq ki, mədəniyyətimizi qoruyub saxlayaq və gənc nəslə ötürək, musiqimizi layiqincə təmsil edək. Dünyanın hansı şəhərində olsaq da, Bakı haqqında mahnı ifa edəndə həmişə fonda, monitorlarda Bakının görüntülərini veririk. Xaricilər gəlib soruşurlar ki, bura Bakıdır, Azərbaycandır? Söyləyirik ki, bəli, bu bizim Bakımızdır. Biz çox sevinirik ki, Bakımız inkişaf edir. Biz qabağa gedirik, çoxlu maraqlı müsabiqələrə qatılırıq. "Avroviziya" müsabiqəsinə neçə illərdir ki, qatılırıq. Bu, ölkəmiz və mədəniyyətimiz üçün çox böyük göstəricidir".

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

1 2019 15:03 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə