Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Uşaqların 1-ci sinifə qəbul üçün məktəb seçiminə start verilib

Uşaqların 1-ci sinifə qəbul üçün məktəb seçiminə start verilib

Mayın 1-dən ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölməsi üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibədə uğur qazanmış uşaqların 1-ci sinifə qəbul üçün məktəb seçiminə start verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, bunun üçün valideyn və ya qanuni nümayəndə şəxsi kabinetinə daxil olub məktəb və müəllim seçimini etdikdən sonra müvafiq sənədləri məktəbə təqdim edə bilərlər.

Tədris digər dildə aparılan bölmə üzrə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibə valideyn və ya qanuni nümayəndələrin iştirakı ilə 3 nəfər müəllimdən ibarət komissiya tərəfindən həyata keçirilib. Müsahibə komissiyaları paytaxtın 12 inzibati rayonu üzrə 9 mərkəzdə fəaliyyət göstərib. Şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə müsahibə prosesi zamanı videoçəkilişin aparılması təmin edilib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

1 2019 14:58 - TƏHSİL
TƏHSİL
16 Avqust 2019 | 12:00
Təhsil naziri əmr imzaladı

Köhnə versiyamızdan xəbərləri izlə