Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aktiv məşğulluq proqramlarından istifadə edənlərin sayı artır

Aktiv məşğulluq proqramlarından istifadə edənlərin sayı artır

Cari ilin yanvar-mart ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin aktiv məşğulluq proqramlarından 68 mindən çox şəxs faydalanıb.

Onlardan 34 minə yaxın şəxs işlə təmin olunub. 1000-dən çox iştirakçı özünüməşğulluq proqramına, 212 nəfər əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. 33 minə yaxın gəncə isə peşəyönümü məsləhətləri verilib.  

Həmçinin Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin birinci rübü ərzində bir sıra ali təhsil müəssisələrində “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirləri də keçirilib. İl ərzində 10-dan çox ali təhsil ocağında belə aktiv məşğulluq tədbirlərinin keçirilməsi, həmçinin gələn aydan respublikamızın bölgələrində əmək yarmarkalarının keçirilməsinə başlanması nəzərdə tutulur.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

1 2019 12:00 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə