Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni təsis olunan təqaüdlər may ayından ödəniləcək

Yeni təsis olunan təqaüdlər may ayından ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov şəxsi “Facebook” səhifəsində dövlət başçısı tərəfindən imzalanan fərman və sərəncamlara uyğun olaraq artırılan sosial müavinət və təqaüdlər barədə açıqlama yayıb.

Açıqlamada deyilir: “Bildiyiniz kimi, Prezident cənab İlham Əliyevin fərmanları ilə aprelin 1-dən sosial müavinət və təqaüdlər artırılmaqla bərabər, Prezidentin yeni aylıq təqaüdləri də təsis olunub.

Artıq aprel ayı üzrə əhalinin həssas qrupuna sosial müavinət və təqaüdlər artırılmış məbləğlərdə ödənilib. Eyni zamanda, sosial müavinət alan müharibə veteranlarına yeni təsis olunmuş aylıq təqaüd (80 manat) da verilib. 

Əmək pensiyası alan I dərəcə əlilliyi olan şəxslər üçün 100 manat, onlara və həmçinin sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər üçün aylıq 50 manat, əmək pensiyası alan müharibə veteranları üçün aylıq 80 manat yeni təqaüdlərin verilməsi üçün isə normativ qaydaların layihəsi hazırlanaraq artıq təsdiq edilmək üçün təqdim edilib.

Qaydalar təsdiq edildikdən sonra həmin vətəndaşlardan sənədlər qəbul olunmaqla, onlara yeni təqaüdlərin təyin olunaraq gələn ayın sosial müavinət və ya pensiyaları ilə birgə verilməsi (aprel ayının da təqaüdü daxil olmaqla) təmin ediləcəkdir”.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

1 2019 11:58 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə