Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 196 Bakı şəhəri, 30 aprel 2019-cu il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İcra xidməti icra məmurlarının xüsusi Fondu haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2000-ci il 19 iyun tarixli 105 nömrəli və “Üzərinə həbs qoyulmuş əmlakın saxlanması Qaydasının və şərtlərinin təsdiq edilməsi barədə” 2002-ci il 6 sentyabr tarixli 143 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1440-VQD nömrəli Qanununun tətbiqi və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası 
Prezidentinin 2018-ci il 28 dekabr tarixli 456 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: 
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 19 iyun tarixli 105 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 6, maddə 470; 2002, № 5, maddə 317, № 10, maddə 635; 2010, № 1, maddələr 53, 60, № 11, maddə 1040; 2018, № 3, maddə 576, № 10, maddə 2160) ilə təsdiq edilmiş “İcra xidməti icra məmurlarının xüsusi Fondu haqqında Əsasnamə”nin II bölməsinin 1-ci hissəsinin birinci abzasında “notariat orqanlarının” sözləri “notariusun” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 6 sentyabr tarixli 143 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 9, maddə 573; 2006, № 3, maddə 297; 2010, № 11, maddə 1040) ilə təsdiq edilmiş “Üzərinə həbs qoyulmuş əmlakın saxlanması Qaydası və şərtləri”nin preambulasında “notariat orqanlarının” sözləri “notariusun” sözü ilə əvəz edilsin.
 
 
Novruz MƏMMƏDOV
 Azərbaycan Respublikasının Baş naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə