Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 192 Bakı şəhəri, 29 aprel 2019-cu il
 
“Faydalı qazıntı ehtiyatlarının və proqnoz resurslarının Təsnifatı”nın təsdiq edilməsi haqqında
“Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 205 nömrəli Fərmanının 4.15-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Faydalı qazıntı ehtiyatlarının və proqnoz resurslarının Təsnifatı” təsdiq edilsin (əlavə olunur).
 
 
Novruz MƏMMƏDOV
 Azərbaycan Respublikasının Baş naziri
 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 29 aprel 

tarixli 192 nömrəli Qərarı ilə

təsdiq edilmdir.

 

                                     Faydalı  qazıntı  ehtİyatlarının  və  PROQNOZ resurslarının  təsnİfatı

Faydalı qazıntı ehtiyatlarının və proqnoz resurslarının Beynəlxalq Avstraliya-Asiya Kodeksi                     (JORC-2004) ürzə kateqoriyaları

Geoloji kəşfiyyat işləri aparıldıqdan sonra faydalı qazıntı ehtiyatlarının kateqoriyaları

Axtarış-qiymətləndirmə işləri aparıldıqdan sonra faydalı qazıntı ehtiyatlarının kateqoriyaları

Axtarış işləri aparıldıqdan sonra faydalı qazıntıların proqnoz resurslarının kateqoriyaları

Sistemləşdirilmiş regional xəritəçəkmə işləri aparıldıqdan sonra faydalı qazıntıların proqnoz resurslarının kateqoriyaları

Ehtiyatların və proqnoz resursların

öyrənilmə dərəcəsi və etibarlılığı

Faydalı qazıntıların sənaye tipləri

Dağ-mədən istehsalatının və ya geoloji-kəşfiyyat işlərinin əsaslandırılması

1

2

3

4

5

6

7

8

R1 -

sübut edilmiş ehtiyatlar

A

 

 

 

Yataqların faydalı qazıntı kütlələrinin strukturu və daxili quruluşu, təbii texnoloji növləri, maddi tərkibi, texnoloji xüsusiyyətləri, hidrogeoloji və dağ-texniki şəraiti tam öyrənilmiş və qeydiyyata alınmış ehtiyatları

filiz, sənaye xammalı, inşaat materialları, yeraltı sular

dağ-mədən istehsalatının planlaşdırılması və sənaye müəssisələrinin  layihələndirilməsi

B

 

 

 

Yataqlarda faydalı qazıntı kütlələrinin strukturu, daxili quruluşu, təbii texnoloji növləri, maddi tərkibi, texnoloji xüsusiyyətləri və yatağın hidrogeoloji və dağ-texniki şəraiti, sənaye istifadəsi üzrə məsələlərin həllini təmin edə biləcək dərəcədə öyrənilmiş və qeydiyyata alınmış ehtiyatlar

dağ-mədən müəssisəsinin inşasına kapital qoyuluşunun əsaslandırılması və yatağın işlənilməsi üzrə layihənin tərtibatı

C1

 

 

 

Yataqlarda faydalı qazıntı kütlələrinin ölçüləri və quruluşu, növləri, maddi tərkibi, təbii texnoloji və digər xüsusiyyətləri, kifayətedici dərəcədə öyrənilmiş və qeydiyyata alınmış ehtiyatlar, həmçinin mürəkkəbliyinə görə yataqların detallaşdırılmış ehtiyatları

sənayenin perspektiv planlarının əsaslandırılması və yatağın dəqiq kəşfiyyatının layihələndirilməsi

 

1

2

3

4

5

6

7

8

R2 -mümkün ehtiyatlar

 

C2

C2

 

Yataqlarda faydalı qazıntıların miqdarının təxmini təyin edilmiş və keyfiyyətcə tam öyrənilməmiş qeydiyyata alınmış ehtiyatları və qeydiyyata alınmayan ehtiyatlar

bütün növ faydalı qazıntılar

gələcək geoloji-kəşfiyyat işlərinin əsaslandırılması

R3 -ölçülmüş, aşkar olunan ehtiyatlar

 

 

C2

P1

Proqnoz resurslarının qiymətləndirilməsi yer təkində faydalı qazıntının mümkün yerləşmə sahələrində aparılmış geoloji, geofiziki və geokimyəvi tədqiqatların nəticələrinə, struktur və axtarış quyularının materiallarına əsaslanır. Yataqların hüdudlarında isə bu proqnoz resursları sənaye marağı doğuran faydalı qazıntı sahələrini və yerləşmə dərinliyini məhdudlaşdıran, nisbətən öyrənilmiş hissəsində müəyyən edilmiş struktur, litoloji, stratiqrafik və digər xüsusiyyətlərin geoloji ekstrapolyasiyasına görə ayrılırlar

filiz və yeraltı su faydalı qazıntıları

gələcək axtarış və  axtarış - qiymətləndirmə işlərinin  əsaslandırılması

R3 -güman edilən ehtiyatlar

 

 

 

P2

Proqnoz resursların kəmiyyətcə qiymətləndirilməsi ehtimal olunan yataqların ölçüləri, filizlərin mineraloji tərkibi və keyfiyyəti barədə təsəvvürlər filizləşmənin birbaşa və dolayı əlamətlər məcmusuna, ayrı-ayrı filiz kəsimlərinə, həmçinin eyni mənşəli məlum yataqlarla oxşarlığına əsaslanır

gələcək axtarış işlərinin  əsaslandırılması

 

 

 

P3

Bu kateqoriyaya aid proqnoz resursların kəmiyyətcə qiymətləndirilməsi kəşfiyyatı aparılmış eyni mənşəli yataqlara və daha yaxşı öyrənilmiş bölgələrə və sahələrə oxşarlığa əsaslanaraq güman edilən göstəricilər üzrə aparılır

məqsədli geoloji, geofiziki, geokimyəvi tədqiqat işlərinin əsaslandırılması

 

 

 

Qeyd. Bu Təsnifat öyrənilmə dərəcəsinə, iqtisadiyyatın müxtəlif sahələrində tələbata və əhəmiyyətliliyinə görə yerin təkində yerləşən filiz və qeyri-filiz faydalı qazıntıların hesablanması, uçotu və dövlət qeydiyyatının vahid əsasını (prinsipi) müəyyən edir.

 

                                                                              _______________________________________

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə