Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 191 Bakı şəhəri, 26 aprel 2019-cu il
 
“Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1448-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 458 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 738; 2015, 
№ 5, maddə 651, № 6, maddə 780) aşağıdakı dəyişikliklər edilsin:
1. Adından və birinci hissəsindən “gücləndirilmiş elektron imza vasitəsilə” sözləri çıxarılsın və “işəgötürənə” sözündən sonra “və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə” sözləri əlavə edilsin.
2. Həmin Qərarla təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar” üzrə:
2.1. adından və 1.1-ci bəndindən “gücləndirilmiş elektron imza vasitəsilə” sözləri çıxarılsın və “işəgötürənə” sözündən sonra “və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə” sözləri əlavə edilsin;
2.2. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:
“2.1-1. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanılması elektron informasiya sistemində Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır.”;
2.3. 3.2-ci bəndə “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin” sözlərindən əvvəl “Bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və” sözləri əlavə edilsin;
2.4. 4.4-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.5-ci bənd əlavə edilsin:
“4.5. Bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə elektron qaydada məlumat göndərilir.ˮ;
2.5. Qaydalara 1-8 nömrəli əlavələrin adlarından “gücləndirilmiş elektron imza vasitəsilə” sözləri çıxarılsın və “işəgötürənə” sözündən sonra “və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə” sözləri əlavə edilsin.
 
 
Novruz MƏMMƏDOV
 Azərbaycan Respublikasının Baş naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə