Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya xalqları ərzağa nə qədər pul xərcləyir?

Dünya xalqları ərzağa nə qədər pul xərcləyir?

İnsanın gündəlik zəruri ehtiyacları sırasında qidalanma birinci yerdə dayanır. Xalqımızda deyildiyi kimi, paltarı yırtıq-yamaqlı da geymək olar, mədə isə gərək deşilməsin. Dünyada da normal yaşayış göstəricilərindən biri ayrı-ayrı ölkələrdə ailələrin aylıq gəlirlərindən qidalanmaya nə qədər vəsait sərf etməsi, nəyi necə yeməsidir.

Beynəlxalq Valyuta Fondunun və BMT-nin ötən ilə dair ortaq hesabatına görə, Avropada ərzağa ən çox pul Ukrayna vətəndaşları xərcləyiblər. Onlar orta hesabla aylıq gəlirlərinin 50,9 faizini ərzağa, 3,9 faizini tütün və içkiyə, 2,8 faizini kafe, restoran və otell xidmətlərinə, 1,9 faizini isə mədəni istirahətə sərf ediblər. Qazaxıstanda ay ərzində ərzağa 46 faiz, Moldovada 43,4 faiz və Belarusda 38,2 faiz vəsait xərclənir. Bu ölkələrdə mədəni istirahətə aylıq gəlirin cəmi 1,1-2,3 faizi sərf olunur.

Avropada ərzağa ən az xərc  Lüksemburq sakinlərinə məxsusdur: 8,7 faiz. Növbəti pillələrdə yerləşən Böyük Britaniya sakinləri qidalanmaya 10 faiz, hollandlar 10,6 faiz, irlandlar 11,5 faiz, finlandlar isə 11,7 faiz  vəsait xərcləyiblər. Qonşu Rusiya vətəndaşları 2018-ci ildə orta hesabla aylıq gəlirlərinin 31,2 faizinini, Türkiyə sakinləri isə 19,7 faizini ərzağa sərf ediblər.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, azərbaycanlılar aylıq gəirlərinin 42,4 faizini ərzaq üçün ayırıblar. Bu Avropada ən yüksəsk göstəricilərdən biridir. Ermənistanda bu rəqəm 43,8 faiz, Gürcüstanda isə 40,4 faizə bərabərdir.

Dünya miqyasında ərzağa ən çox pul xərcləyən ölkələr Nigeriya, Kamerun və Çad hesab olunur. Bu göstərici aylıq gəlirlərin 70--80 faizi arasında dəyişir.

 

Hazırladı:
R.TAHİR,

“Xalq qəzeti”

30 2019 11:34 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə