Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paytaxtı çirkləndirənlər ciddi cəzalandırılır

Paytaxtı çirkləndirənlər ciddi cəzalandırılır

Başa çatmaqda olan aprel ayında Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda “Təmizlik ayı” elan etmişdi. Qurumun mətbuat xidmətindən  mediaya verilən məlumata görə,  bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinın xüsusi komissiyası son günlərdə rayon və qəsəbələrinin sanitar-təmizlik vəziyyətini yoxlayır, intensiv reydlər keçirir. Aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.

Nizami rayonu ərazisində keçirilən reyd zamanı Babək prospektində yerləşən “Piano palas” şadlıq sarayının yaxınlığında natəmizlik və antisanitar vəziyyət aşkar edilib. Araşdırma zamanı məişət tullantılarını “Piano palas” şadlıq sarayı işçilərinin atdığı müəyyən olunub. Görülən tədbirlər nəticəsində ərazidə təmizlik yaradılıb, pozuntulara yol vermiş şadlıq sarayının məsul nümayəndəsi Ruslan Əkbərov cərimələnib, obyektin sahibinə ciddi xəbərdarlıq edilib.

Bakı Şəhər İcra Hakimiyyətinin məlumatında daha sonra bildirilir kison vaxtlar şəhərin təmizliyi, abadlığının lazımı səviyyədə saxlanılması üçün ardıcıl işlər görülür. Təəssüf ki, bəzi obyektlər və insanlar bu aksiyaya biganəlik göstərirlər. Şəhərin təmizliyinin qorunması üçün belə reydlər daim keçiriləcək və sanitar vəziyyətə xələl gətirənlər, o cümlədən belə işlərə rəvac verən ictimai-iaşə və digər obyektlərin sahiblərinə və məsul şəxslərinə qarşı ən ciddi cəza tədbirləri görüləcək.

 

R.TAHİR,
“Xalq qəzeti”

30 2019 11:29 - CƏMİYYƏT
CƏMİYYƏT
11 Oktyabr 2019 | 12:23
Köhnə hamam, köhnə tas
4 Oktyabr 2019 | 12:23
Dad yarımçıq əlindən!

Köhnə versiyamızdan xəbərləri izlə