Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Oftalmologiyanın aktual məsələləri

Oftalmologiyanın aktual məsələləri

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə Akademik Zərifə Əliyevanın anadan olmasının 96 illiyinə həsr edilmiş “Oftalmologiyanın aktual məsələləri” adlı elmi konfrans keçirilib. Konfransın keçirilməsində məqsəd oftalmologiyada baş verən yeniliklərdən, oftalmologiyanın aktual məsələlərindən danışılıb.

Konfransda Milli Oftalmologiya Mərkəzinin və respublikanın digər alimləri və oftalmoloqları öz məruzələri ilə çıxış ediblər. Bildirilib ki, Azərbaycanın tanınmış oftalmoloq-alimi, akademik Zərifə Əliyevanın  oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların müəllifidir.  “Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik və fizioloji xüsusiyyətləri”, “İridodiaqnostika”, “Şəkərli diabet zamanı gözün patologiyası”, “Oftalmologiyanın aktual problemləri” və bu kimi digər monoqrafiyaları çap edilib. Ümumiyyətlə onun 200-qədər elmi işi, 14 monoqrafiyası və 12 səmərələşdirici təklifləri var idi. Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir.     

Milli Oftalmologiya Mərkəzinin elmi-məlumat, tədris və təşkilati-metodik bölməsinin rəhbəri Yazgül Abdıyeva bildirib ki, konfransda “Multifokal İntraokulyar Linzaların İmplantasiyasında “Mix And Match” Texnikası” , “Gəncə -- Qazax iqtisadi rayonunun Uşaq və Yeniyetmə Əhalisinin Görmə İtiliyinin Səciyyələri”, “Şəkərli Diabetin Diagnostikası və Tibbi Yardım Üzrə Algoritmi”, “Keratakonus Xəstələrinin İlkin Mərhələsində Prk Üsulunun və Krosslinking Texnologiyasının Tətbiqi”, “Gözdaxili  Cisim Olan Xəstələrdə Müalicə Taktikası” kimi mövzular müzakirə edilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

29 2019 16:51 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə