Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aleksandr Lukaşenko: "ATƏT Qarabağ münaqişəsinə göz yummamalıdır"

Aleksandr Lukaşenko:

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, ATƏT Avropa regionunda münaqişələrə göz yummamalı, təhlükəsizlik sahəsində mövcud problemlərin müzakirəsi üçün təşkilata üzv ölkələrin dövlət başçıları görüş keçirməlidir.

Aleksandr Lukaşenko aprelin 29-da Minskdə ATƏT PA-nın sədri Giorgi Tsereteli ilə görüşü zamanı bildirib ki, regionda nizamlanması lazım olacaq xeyli problemlər yğılıb qalıb:  "Dağlıq Qarabağ, Dnestryanı, indi də Ukraynada çox ciddi münaqişə mövcuddur. Bunu artıq çoxları müharibə adlandırır. Bu məsələlərə zəif münasibət bildirdiyinə görə ATƏT-i çox vaxt tənqid edirəm, halbuki, bütün bunlar Avropada təhlükəsizliklə bağlı təşkilat olan ATƏT-in birbaşa səlahiyyətinə aiddir. Təşkilat Avropa regionunda təhlükəsizliyin təmin olunmasına xidmət etməlidir. Və bu kimi problemlərə heç bir halda göz yümmaq olmaz". 

Belarus Prezidenti qeyd edib ki,  artıq çoxdandır  dövlət başçılarının ATƏT çərçivəsində cari məsələlərin müzakirəsinə və yaranmış vəziyyətdən çıxış yolları aranmasına həsr olunmuş görüşü keçirilmir. Sonuncu belə görüş 2010-cu ildə Astanada və ondan əvvəl 1999-cu ildə İstanbulda baş tutub: “İstanbul konfransı çox güclü bir tədbir oldu, sonra biz toplanmadıq. Ancaq bu, çox vacib idi. Buna görə də çoxlu problemlər var. Onlara sadəcə diqqət yetirmək azdır. Onları həll etmək üçün toplaşmalıyıq... Əks halda bu təşkilatı niyə yaratmışıq?!”.  

Prezident Lukaşenko əlavə edib ki, ATƏT hər zaman bütün məsələlərdə bizim köməyimizə, səmimiyyətimizə və obyektivliyimizə əmin ola bilər.

Georgi Tsereteli Prezident Lukaşenkoya təşəkkür edərək bildirib ki, həqiqətən ATƏT regionunda müzakirə və həll edilməsi vacib olan problemlər çoxdur.

 

“Xalq qəzeti”

29 2019 15:55 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə