Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İşsizin DOSTu” proqramı çərçivəsində işlə təmin olunanların sayı 35 minə çatıb

“İşsizin DOSTu” proqramı çərçivəsində işlə təmin olunanların sayı 35 minə çatıb

Prezident İlham Əliyevin təşəbbüsü əsasında həyata keçirilən “İşsizin DOSTu” proqramı çərçivəsində daha 5 minədək işsiz və işaxtaran şəxs haqqı ödənilən ictimai iş yerləri ilə təmin edilib.

Beləliklə, proqram əsasında işlə təmin olunanların sayı 35 minə çatıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən icra olunan proqrama cəlb edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanıb və elektron sistemdə qeydiyyatdan keçirilərək rəsmiləşdirilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

29 2019 14:35 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə