Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıt şəhərində jurnalistlər ağac əkdi

Sumqayıt şəhərində jurnalistlər ağac əkdi

“Bu yaz özün bir təbiət yarat!” devizi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başladılan yaz ağacəkmə kampaniyası çərçivəsində jurnalistlər bu dəfə Sumqayıt şəhərinin Nəsimi parkında ağac əkib.

27 aprel 2019-cu il tarixində keçirilən aksiyada  100-dən artıq media numayəndəsinin iştirakı ilə 300 müxtəlif cinsli ağac tingi əkilib,  son illər yaşıllıqlar şəhərinə çevrilən Sumqayıtın  təbiətinə daha bir töhfə verilib.

Ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların artırılması və ağac əkilməsinin təşviqi məqsədilə keşirilən aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, şəhər ictimaiyyətinin nümayəndələri də iştirak edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, əkilən ağac tingləri ETSN-nin Azəryaşlandşaft ASC  və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib.

ETSN yazağacəkmə aksiyalarında istirak edən bütün təşkilatlara, ictimaiyyət və media nümayəndələrinə öz təşəkkürünü bildirir və növbəti ağacəkmə kampaniyalarının daha da kütləviləşəcəyinə ümid edir. 

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

27 2019 16:51 - EKOLOGİYA
EKOLOGİYA

Köhnə versiyamızdan xəbərləri izlə