Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ümumdünya Əməyin Mühafizəsi Günü – 28 Aprel

Ümumdünya Əməyin Mühafizəsi Günü – 28 Aprel

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhərinin Nərimanov rayonunda “28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü” və “Əmək münasibətlərinin rəsmiləşdirilməsinin əsasları və qaydaları” mövzularında maarifləndirici tədbir keçirib.

Tədbirdə Beynəlxalq Əmək Təşkilatı tərəfindən 2019-cu il üçün Ümumdünya Əməyin Mühafizəsi gününün mövzusunun “Təhlükəsizlik, sağlamlıq və əməyin gələcəyi” kimi müəyyən olunduğu vurğulanıb. Qeyd olunub ki, Konstitusiyamızda hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ təsbit edilib və ötən dövrdə əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübənin mütərəqqi cəhətləri əxz olunmaqla qanunvericilik bazası  təkmilləşdirilib. 

Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyət istiqamətlərindən biri də bütün iş yerlərində əmək qanunvericiliyinin tətbiqinə, o cümlədən işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına yönəlib. Cari ildə də müvafiq Tədbirlər Planına uyğun olaraq, əmək qanunvericiliyi və onun tətbiqinə dair Bakıda və respublikanın ayrı-ayrı regionlarında məlumatlandırma tədbirləri davam etdirilir.  Bir sıra hallarda əməyin mühafizəsi ilə bağlı qanunvericilikdən irəli gələn tələblərə əməl olunmasına biganə münasibət işçilərin həyat və sağlamlığının itirilməsi ilə nəticələnən istehsalat qəzalarının baş verməsinə səbəb olur.  Bu hadisələr nəticəsində 8 nəfər həyatını itirib, 34 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Aparılmış təhqiqat işlərinin nəticələrinə uyğun tədbirlərin görülməsi təmin edilib.

Tədbirdə qeyd edilib ki, işəgötürənlər Əmək Məcəlləsində əksini tapan əməyin mühafizəsi normaları, qaydaları və prinsiplərinə əməl etməyi gündəlik fəaliyyətinin əsas tərkib hissəsi kimi qəbul etməlidirlər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

27 2019 13:02 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə