Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əhalinin həssas qrupu diqqət mərkəzindədir

Əhalinin həssas qrupu diqqət mərkəzindədir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdirı Fazil Talıbov Facebook səhifəsində açıqlama paylaşıb. Açıqlamada deyilir:

“Bildirmək istəyirəm ki, “Yeni Müsavat” qəzetində Salyan rayonu, Yolüstü kənd sakini, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar II qrup əlilliyi olan Qarayev Nəsib Mustafa oğlunun onun üçün fərdi evin tikilməməsi ilə bağlı narahatlığını ifadə edən məlumat dərc olunub.

Bununla əlaqədar deyim ki, hazırda Salyan rayonunda həmin kateqoriyadan olan vətəndaşlardan və şəhid ailələrindən ibarət 12 nəfər üçün fərdi ev tikilməsi üçün hazırlıq işi aparılır. Onların sırasında N.Qarayev də var.

Elan olunmuş tender müsaqibəsində qalib gələn təşkilat tərəfindən gələn ay 12 nəfərin hər biri, o cümlədən Nəsib Qarayev üçün fərdi evin tikintisinə başlanacaq.

Ümumiyyətlə demək lazımdır ki, ölkəmizdə əhalinin həssas qrupuna dövlət başçısı və Birinci vitse-prezident tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi olanlardan və şəhid ailələrindən ibarət azı 800 nəfərin bu il mənzillə təminatı həyata keçiriləcək”.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

27 2019 13:00 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə