Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çernobıl əlillərinə birdəfəlik maddi yardım ayrılıb

Çernobıl əlillərinə birdəfəlik maddi yardım ayrılıb

Azərbaycanda həssas qrupların, o cümlədən əlilliyi olan şəxslərin rifah halının yaxşılaşdırılması sahəsində həyata keçirilən mühüm tədbirlər 1986-cı ilin 26 aprelində Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında baş verən dəhşətli qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar əlilliyi olan vətəndaşları da əhatə edir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bu sahədə dövlət siyasətinin əsasları müəyyən olunub. 1993-cü ildə  “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanun qəbul edilib. Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramı ötən dövrdə digər əlillər kimi, Çernobıl əlillərinin də sosial müdafiəsinin gücləndirilməsinə imkan verib.

Qanunvericiliyə əsasən, əlilliklərinin səbəblərinə görə həmin şəxslər  “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” əlillər kimi iki kateqoriya  üzrə müəyyən ediliblər.

“Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” əlilliyi olan vətəndaşlar ölkəmizdə müharibə ilə əlaqədar əlilliyi olan vətəndaşlara bərabər tutulurlar. Onlar əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası ilə yanaşı, Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin olunurlar. Dövlət başçısının fərmanları ilə ölkəmizdə təqaüdlərin və sosial müavinətlərin məbləği cari il aprelin 1-dən orta hesabla 100 faiz artırılıb. “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” əlilliyi olanlar üçün də Prezidentin aylıq təqaüdü I dərəcə əlilliyi olanlar üçün 250 manata, II dərəcə əlilliyi olanlar üçün 230 manata, III dərəcə əlilliyi olanlar üçün 210 manata çatdırılıb.

Ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” əlilliyi olan vətəndaşlardan 200 nəfərə  mənzil, 160  nəfərə minik avtomobili verilib. Qəzanın ildönümü ilə bağlı əlilliyi olan 500 nəfər Çernobıl əlilinə birdəfəlik maddi yardım ayrılıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

27 2019 12:35 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə