Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa çempionatının azərbaycanlı qalibləri

Avropa çempionatının azərbaycanlı qalibləri

Cahandar Azadəliyev və Ayan Allahverdiyeva. Azərbaycan şahmat məktəbinin bu iki istedadlı yetirməsi Riqada keçirilmiş yeniyetmə oğlan və qızlar arasında Avropa çempionatında ölkəmizə iki qızıl medalın sevincini yaşatmışlar.
Hər iki təmsilçimiz bütün yarış ərzində bir dəfə də uduzmamış, doqquz görüşdə hərəyə yeddi qələbə qazanmış və iki oyunu heç-heçə başa çatdırmışdır.
Avropa çempionatının azərbaycanlı qəhrəmanları fəxri kürsünün zirvəsini 8 xalla fəth etmişlər. Səkkiz yaşlı oğlanların turnirinin gedişində Cahandar üç rusiyalı rəqibinə, Portuqaliya, Rumıniya, Türkiyə və Fransa şahmatçılarına qalib gəlmiş, daha bir rusiyalı və Macarıstan nümayəndəsi ilə xalı yarı bölmüşdür.
On dörd yaşlı qızların çempionatında isə Ayan Rusiyanın üç təmsilçisi, Fransa, Gürcüstan, Sloveniya və İspaniya şahmatçıları üzərində qələbə qazanmış, ermənistanlı və polşalı rəqiblərlə görüşlərdən heç-heçə ilə ayrılmışdır.
O. BAYRAMOV, 
“Xalq qəzeti” 

31 2018 21:28 - İDMAN
İDMAN
10 Dekabr 2019 | 23:25
Messi birincidir
6 Dekabr 2019 | 22:59
Mbappe ilk onluğa düşüb
6 Dekabr 2019 | 03:16
İlin ən yaxşı futbolçusu

Köhnə versiyamızdan xəbərləri izlə