Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İyunda “Azexport.az” portalına 34,2 milyon dollarlıq ixrac sifarişləri daxil olub

İyunda “Azexport.az” portalına 34,2 milyon dollarlıq ixrac sifarişləri daxil olub

Bu ilin iyun ayında “Azexport.az” portalına 34,2 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumatda daha sonra bildirilir ki, altı ayda portala daxil olan ixrac sifarişlərinin dəyəri 284,4 milyon dollar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında ixrac sifarişləri dəyər baxımından 47,6 faiz artıb. Ötən ilin yanvarından bu il iyunun 30-dək portala 96 ölkədən daxil olan sifarişlərin dəyəri 759,4 milyon dollar olub.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

1 2018 16:36 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə