Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq nəşriyyat Lütfi Zadə və Rafiq Əliyevin birgə yazdığı kitabı çap edib

Beynəlxalq nəşriyyat Lütfi Zadə və Rafiq Əliyevin birgə yazdığı kitabı çap edib

Dünyaca məşhur iki soydaşımızın özünün qeyri-səlis məntiq nəzəriyyəsi ilə elmin həyata baxışını əsaslı surətdə dəyişən XX əsr dahisi Lütfi Zadənin və  XXI əsrdə onun elmi istiqamətinin davamçısı, bu nəzəriyyənin digər pioneri Rafiq Əliyevin birlikdə yazdığı “Qeyri-səlis məntiq –nəzəriyyə və tətbiqetmələr”  (“Fuzzy Logic Theory and Applications”) kitabı nüfuzlu beynəlxalq elmi nəşriyyat olan   “World Scientific”də çapdan çıxıb.

Dünya elmində əsl hadisə sayılacaq kitabın çapı barəsində ölkə mediasına açıqlamasında professor Rafiq Əliyev bildirib ki,

Lütfi Zadə ömrü boyu ən mürəkkəb elmi nəzəriyyələrini də özü kitablaşdırmayıb. O, hər nəzəriyyə haqqında məqalə yazır, onların vasitəsilə ideyalar verirdi. Daha sonra isə həmin məqalə yüzlərlə kitabın yazılmasına səbəb olurdu. Bütün  həyatını elmə həsr edən Zadənin, nə qədər qəribə olsa da, cəmi bir kitabı çap olunub. Həmişə məqalələrə üstünlük verən  Lütfi Zadə özünün  yazmaq və qismən də həyatını əks etdirmək istədiyi bircə kitabın çapında maraqlı olub. 

Həyatının  son illərində isə dahi soydaşımız elmi varisi professor Rafiq Əliyevə  qeyri-səlis məntiqə aid birgə kitab yazmağı təklif edib. Zadə kitab üzərində bir müddət ən istedadlı yetirməsi Rafiq Əliyevlə bərabər çalışıb. Zadənin ömrü həmin kitabı nəşrə tam hazırlayıb çap etdirməyə çatmasa da, Rafiq Əliyev öz sevimli müəlliminin istəyini uzunmüddətli və böyük zəhmət hesabına gerçəkləşdirərək  bu dəyərli elmi əsərin işıq üzü förməsinə nail olub.

Yenicə çap olunmasına baxmayaraq, artıq dünyanın bir sıra ölkələrinin ən məşhur universitetləri Lütfi Zadə və Rafiq Əliyevin həmmüəllifi olduğu kitabı əldə etmək şansını qaçırmayıblar.

“Qeyri-səlis məntiq – nəzəriyyə və tətbiqetmələr”  kitabı qeyri-səlis məntiq nəzəriyyəsinə aid ikihissəli topludur. Lütfi Zadənin Rafiq Əliyevlə birgə yazdığı birinci hissə qeyri-səlis məntiq nəzəriyyəsinin yaranma tarixi, metodologiyası, tətbiq sahələri, yeni perspektivləri barədədir. İkinci hissədə isə qeyri-səlis məntiqin tətbiq olunduğu hər elm sahəsinin bir mütəxəssisinin məqaləsi yer alıb.

 

Hazırladı:
Tahir AYDINOĞLU,

“Xalq qəzeti”

26 2019 17:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə