Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Ulduz”la şöhrətlənmiş “Nazik” əbədiyyətə qovuşub

“Ulduz”la şöhrətlənmiş  “Nazik” əbədiyyətə qovuşub

Milli kinomuzun geniş populyarlıq qazanmış ekran əsəri “Ulduz”dakı epizodik Nazik rolu ilə daha çox tanınmış aktrisa Məleykə Ağazadə 90 yaşında dünyasını dəyişib.

Məleykə Ağazadə 3 sentyabr 1929-cu ildə Bakıda anadan olmuşdu. 13 yaşında vətənpərvərlik mövzusunda çıxışlar edən istedadlı yeniyetmə  “Qafqazın müdafiəsinə görə” medalı ilə təltif olunmuşdu. O, 1956-cı ildən 1963-cü ilə qədər Musiqili Komediya Teatrında 40-a yaxın tamaşada oynamışdı. Aktrisa 1972-ci ilə qədər filmlərə çəkilmişdi. Məleykə Ağazadənin ən məşhur rolu isə, əlbəttə, “Ulduz” filmində yaratdığı “Nazik” obrazıdır.

 

R.TAHİR,
“Xalq qəzeti”

26 2019 17:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə