Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Moldova səfiri: Milli Gimnastika Arenasında hər zaman yaxşı mühit var

Moldova səfiri: Milli Gimnastika Arenasında hər zaman yaxşı mühit var

Milli Gimnastika Arenasında hər zaman yaxşı mühit var, tamaşaçılar təkcə Azərbaycan millisini deyil, həm də digər ölkələrdən olan idmançıları dəstəkləyir.

Moldovanın Azərbaycandakı səfiri George Luka bildirib ki, bu arenada ikinci dəfə bədii gimnastika yarışlarını izləyir: “Azərbaycanda gözəl Gimnastika Arenası var. Bura təkcə gimnastika yarışları üçün yox, digər idman növləri üçün də nəzərdə tutulub”.

Səfir qeyd edib ki, yarışların ilk günündə öz ölkəsinin idmançıları ilə görüşməyi planlaşdırır.

Qeyd edək ki, aprelin 26-da Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışına start verilib. Üç gün davam edəcək turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır. Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, həmçinin qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova təmsil edirlər.

 

“Xalq qəzeti”

26 2019 16:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə