Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xocalı şagirdləri təltif edilib

Xocalı şagirdləri təltif edilib

"Peşəyönümlü Təhsilin İnkişafına Yardım" İctimai Birliyinin Xocalı rayon məktəbliləri arasında təşkil etdiyi "Təhsildən Peşəyə" adlı inşa yazı müsabiqəsinin qalibləri ilə görüş keçirilib. Bu barədə ictimai birlikdən məlumat verilib.

Xocalı şəhər uşaq musiqi məktəbinin akt zalında baş tutmuş görüşdə  Xocalı rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Elmlər Akademiyasının dissertantı, pedaqoq, ictimai xadim, "Peşəyönümlü Təhsilin İnkişafına Yardım" İctimai Birliyinin sədri İradə Əlilinin və rayonumuzun təhsil işçiləri iştirak ediblər.

"Peşəyönümlü Təhsilin İnkişafına Yardım" İctimai Birliyinin rəhbəri İradə Əlili müsabiqə barədə məlumat verib, bildirib ki, şagirdlərimizin vətənpərvər ruhda böyüməsi, hərtərəfli layiqli vətəndaş kimi böyüməsi üçün bu cür müsabiqələrinin keçirilməsinin vacib olduğunu vurğulayıb.

Xocalı rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva   çıxışında gənclərin peşələrə düzgün istiqamətləndirilməsində müəllimlərin və valideynlərin böyük rolu olduğunu qeyd edib. Onun sözlərinə görə, valideynlər övladlarının peşə seçiminə hörmətlə yanaşmalarının  vacibliyini vurğulayıb: “Təcrübə göstərir ki, valideyn məsləhəti ilə övlad istəyi peşə seçimində üst-üstə düşdükdə həmin kadr həyatda daha fəal mövqe tuta bilir. Seçdiyi peşə ilə məşğul olmaq insana zövq verməklə yanaşı, həm də onu cəmiyyət üçün faydalı şəxsə çevirir.”

O, "Peşəyönümlü Təhsilin İnkişafına Yardım" İctimai Birliyinin rəhbəri İradə Əlilinin  Xocalı soyqırımı haqqında ərsəyə gətirdiyi kitablara, bu cür layihə və təşəbbüslərinə görə təşəkkür edib.

Görüşün sonunda İradə Əlili "Təhsildən Peşəyə" adlı inşa yazı müsabiqəsinin qaliblərini və bu layihənin baş tutmasında zəhməti olan şəxsləri "Təşəkkürnamə" ilə təltif edib. O, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin başqanı Hüseyn Büyükfıratın xocalılara salamını çatırıb və Birliyin Xocalı məktəblilərinə göndərdiyi geyimləri şagirdlərə təqdim edib.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

26 2019 15:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyul 2019 | 12:50
Gözlərinizi qoruyun
20 İyul 2019 | 12:23
Kürəkdəki ağrılar...
20 İyul 2019 | 12:20
Sarımsağı qovurub yeyin...

Köhnə versiyamızdan xəbərləri izlə