Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Madriddəki Prado muzeyinə hər il 3 milyondan çox tamaşaçı gəlir

Madriddəki Prado muzeyinə hər il 3 milyondan çox tamaşaçı gəlir

İspaniyanın paytaxtı Madrid şəhəri təkcə dünya futbol komandaları arasında önəmli yer tutan "Real”, "Atletiko”, "Rayo-Valekano”, "Xetafe” və s. kimi komandaları ilə tanınmır, paytaxt şəhəri həm də tarixi binaları, muzeyləri ilə məşhurdur. Madridə gələn hər kəsin ilk növbədə görməyə tələsdiyi Prado muzeyi isə ən yaxşı muzeylərin reytinqində dünyada beşinci, Avropada üçüncü və İspaniyada birinci yerdədir.

Muzey müəssisələrinə "Travellers Choice” mükafatları təqdim edən "TripAdvisor” portalının versiyasına görə, İspaniyanın ən yaxşı on muzeyinin siyahısına paytaxtdakı Prado muzeyindən əlavə, Tissen-Bornemisa muzeyi (Madrid), İncəsənət və Elmlər Şəhəri (Valensiya), Quqqenhaym muzeyi (Bilbao), Kraliça Sofiya İncəsənət Mərkəzi (Madrid), Hoakin Sorolyanın ev-muzeyi (Madrid), Sesar Manrike Fondu (Las-Palmas), Dali Teatr-muzeyi (Fiqeras), Milli Arxeologiya Muzeyi (Madrid) və Pikasso muzeyi (Barselona) daxildir.

Prado muzeyi Madriddə gəziləcək yerlər siyahısında birinci yerdədir. Muzeyin yaranma tarixi də maraqlıdır. Belə ki, İspaniya kraliçası Mariya İzabella de Braqanza İsidoro Parisin "Luvr” muzeyini ziyarət edib təsirlənir və ölkəsində belə bir muzeyin olmasını istəyir. 1814-cü ildə belə bir muzeyin yaradılması qərara alınır. 1818-ci ildə Kral Muzeyi qurulur. 1819-cu ildə VII Ferdinand rəsmi olaraq Kral Muzeyinin açılış mərasimini keçirir. 1829-cu ilə qədər Muzey kral kolleksiyasının əhəmiyyətli bir hissəsini alır. Hazırda Prado muzeyi günümüzdə bir çox dəyərli və ünlü sənət əsərlərinin seyr edilə biləcəyi yerdir.

200 illik yubileyini qeyd etməyə hazırlaşan muzey həmin günü təntənəli şəkildə keçirməyi planlaşdırır.

Prado muzeyi dünyanın ən ünlü və görkəmli sənət qalereyası sayılır. Hazırda 3000-dən çox sənət əsəri saxlanılır.

 

Hazırladı:
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

26 2019 15:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyul 2019 | 12:50
Gözlərinizi qoruyun
20 İyul 2019 | 12:23
Kürəkdəki ağrılar...
20 İyul 2019 | 12:20
Sarımsağı qovurub yeyin...

Köhnə versiyamızdan xəbərləri izlə