Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Macarıstanla mədəni əlaqələr inkişaf edir

Macarıstanla mədəni əlaqələr inkişaf edir

Macarıstanda səfərdə olmuş Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci   müavini Vaqif Əlivevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə bu ölkənin  İnsan Resursları Nazirliyinin Beynəlxalq məsələlər üzrə Dövlət Katibi xanım Orsolya Paçay-Tomaşiç arasında görüş olmuşdur. Bu barədə Mədəniyyət  Nazirliyindən bildirmişlər.

Görüşdə tərəflər humanitar sahədə əməkdaşlığın geniş spektrini müzakirə etmiş və mədəniyyət sahəsində əməkdaşlıq proqramı imzalamışlar.

Görüş zamanı xanım Orsolya Paçay-Tomaşiç təmsil etdiyi nazirliyin fəaliyyət istiqamətləri barədə məlumat vermişdir. Dövlət katibi İnsan Resursları Nazirliyinin mədəniyyət, təhsil, sosial məsələlər, gənclər, idman sahələrini əhatə etməklə Macarıstanın ən böyük dövlət  qurumu olduğunu bildirmişdir. Macarıstan rəsmisi imzalanması nəzərdə tutulan əməkdaşlıq proqramının mədəniyyət sahəsində əlaqələrin daha da dərinləşdirilməsi üçün vacib bir yol xəritəsi olacağına ümidvar olduğunu diqqətə çatdırmışdır. Hazırda Macarıstanın təqdim etdiyi təqaüd proqramı çərçivəsində 600-dən çox azərbaycanlı tələbənin bu ölkədə təhsil aldığını deyən Dövlət katibi bu gənclərin təhsillərini başa vurduqdan sonra iki ölkə arasında əlaqələrin inkişafına öz töhfələrini verəcəklərinə ümid etdiyini bildirmişdir.

Macarıstanla türkdilli dövlətlər arasında münasibətlərə toxunan xanım  Orsolya hazırda ölkəsinin istər ikitərəfli əsasda, istərsə də Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatı, TÜRKSOY, TÜRKPA kimi təşkilatlar çərçivəsində bu dövlətlərlə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu qeyd etmişdir.

Azərbaycan nümayəndə heyətinin  rəhbəri isə öz növbəsində iki ölkə arsında təşəkkül tapmış strateji tərəfdaşlıq və dostluq münasibətlərindən məmnunluğunu ifadə etmişdir.. Nazir müavini görüş zamanı baş tutan fikir mübadiləsinin iki ölkə arasında humanitar sahədə əlaqələrin inkişafına töhfə verə biləcəyinə ümidvar olduğunu qeyd edərək, bu istiqamətdə hər iki tərəfdən nümayiş etdirilən xoş məramın xüsusi əhəmiyyət kəsb etdiyini bildirmişdir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

26 2019 15:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyul 2019 | 12:50
Gözlərinizi qoruyun
20 İyul 2019 | 12:23
Kürəkdəki ağrılar...
20 İyul 2019 | 12:20
Sarımsağı qovurub yeyin...

Köhnə versiyamızdan xəbərləri izlə