Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbir keçirilib

İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbir keçirilib

Bakı Slavyan Universitetində (BSU) Məktəbəqədər təlim- tərbiyə və ibtidai təhsil fakültəsinin İbtidai təhsil kafedrası tərəfindən İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş Auditoriya+ keçirilib. Budəfəki Auditoriya+un qonaqları AMEA-nın Tarixİnstitunun əməkdaşı, professor Şahin Fazil və Azərbaycan Yazarlar Birliyinin “Xəzər” bölməsinin sədri, yazar Arif Buzovnalı olub.

Tədbiri giriş sözü açan İbtidai təhsil kafedrasının dosenti Şükufə Ağakişiyeva kafedra tərəfindən keçirilən maarifləndirici tədbirlər barədə məlumat verib.

Söz alan professor Şahin Fazil İmadəddin Nəsimi poeziyasından bəhs edərək dahi Azərbaycan şairinin adının Yaxın Şərqdə mərdlik, fədakarlıq və iradə rəmzi kimi çəkildiyini qeyd edib, şairin şeirlərinin estetik zövqündən danışıb. Sonra yazar Arif Buzovnalının “Nəsimi və insan” mövzusunda məruzəsi dinlənilib. O, Nəsimi yaradıcılığında bütövlükdə insan gözəlliyinə və qüdrətinə heyranlığın əks olunduğunu, bu gözəlliyin və qüdrətin dünyada bütün insanlara deyil, yalnız özünü tanımış, dərk etmiş insanlara xas olduğunu vurğulayıb..

Tədbirin davamında İbtidai təhsil kafedrasının baş müəllimi Zərifə Məmmədovanın müşaiyəti ilə Məktəbəqədər təlim - tərbiyə və ibtidai təhsil fakültəsinin tələbələri Nəsimi şeirlərindən parçalar səsləndiriblər.

Sonda çıxış edən Məktəbəqədər təlim - tərbiyə və ibtidai təhsil fakültəsinin dekanı, professor Flora Naciyeva kafedra tərəfindən tələbələri maarifləndirmək istiqamətində keçirilən tədbirləri yüksək qiymətləndirib, qonaqlara və iştirakçılara minnətdarlığını bildirib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 

26 2019 15:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə