Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Deputat: “Belarus” traktor istehsalı zavodunun açılması ölkə iqtisadiyyatı üçün çox əhəmiyyətlidir

Deputat: “Belarus” traktor istehsalı zavodunun açılması ölkə iqtisadiyyatı üçün çox əhəmiyyətlidir

Prezident İlham Əliyevin Azərbaycan müəssisə və şirkətlərinə, iş adamlarına məhsulların ixrac edilməsi ilə bağlı verdiyi tövsiyələrə əsasən üçüncü ölkələrin bazarına çıxış məqsədilə Belarusun "Minsk Traktor Zavodu" ilə "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi arasında memorandum imzalanıb.

Bu gün traktorların hissələri Belarusdan tədarük olunur. Türk sahibkarları isə traktorların yığılması ilə məşğul olan zavod açıblar. Gəncə Avtomobil Zavodu traktor istehsalı ilə uzun müddətdir məşğul olan bir müəssisə kimi yeni yaradılan Azərbaycan-Türkiyə İstehsalat Birliyinə öz təcrübəsi və yüksək ixtisaslı kadrları ilə kömək göstərəcək. Bu müəssisənin ərsəyə gəlməsində bizim müəssisənin də dəstəyinin olması məni çox sevindirir. Ümidvaram ki, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin fəaliyyətinin genişlənməsində yardımçı olacaq.

“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev bildirib ki, Azərbaycan həm qardaş Türkiyə, həm də ən etibarlı tərəfdaş dövlətlərdən biri olan Belarusla əməkdaşlıq əlaqələrini dərinləşdirərək üçtərəfli formatda yeni bir münasibət modeli ortaya çıxarıb: “Azərbaycan-Türkiyə-Belarus birgə əməkdaşlığının nəticəsində inşa edilən “Belarus” markalı traktor istehsalı zavodu müştərək əməkdaşlığın bariz nümunəsidir. Birgə istehsal olaraq qurulan yeni zavodda iki traktor modelinin istehsalı nəzərdə tutulur. Bu müəssisəyə Gəncə Avtomobil Zavodunun da komplekləşdirici hissələr göndərəcəyini və əməkdaşlıq edəcəyini nəzərə alsaq bu layihənin Azərbaycan iqtisadiyyatı üçün də çox əhəmiyyətli olacağı danılmazdır”.

Məlumat üçün bildirək ki, bu günlərdə Türkiyənin Kırıkkale bölgəsində Azərbaycan-Türkiyə İstehsalat Birliyi (ATİB) tərəfindən idarə olunacaq “Belarus” markalı traktor istehsalı zavodunun açılış mərasimi keçirilib.

 

“Xalq qəzeti”

26 2019 15:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə