Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında görüş

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında görüş

“Əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlarda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası ilə fəal əməkdaşlıq əsasında bu təhsil ocağının institisional  potensialından, elmi təhlil və araşdırmalarından istifadə məsələləri diqqətdə saxlanacaq”. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Akademiyanın müəllim və tələbə heyəti ilə görüşdə bildirib.  Akademiyanın rektoru Hüseyn Qaraşov nazir S.Babayevin bu təhsil ocağında keçirdiyi görüşün əhəmiyyətini qeyd edib.   

S.Babaye müəllim və tələbə heyəti üçün mühazirə deyib. Bildirib ki, cari ilin ötən dövründə minimum əmək haqqının və pensiyaların minimum məbləğinin, sosial müavinətlərin və təqaüdlərin əhəmiyyətli şəkildə artırılması, fiziki şəxslərin problemli kreditlərinin həlli və s. kimi mühüm tədbirlər 3 milyonadək vətəndaşın rifahına önəmli dəstək olub. O, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) barədə məlumat verərək, bildirib ki, reallaşdırılan  DOST layihəsi, açılacaq “DOST” mərkəzləri dövlət sosial xidmətlərinin  “bir pəncərə”, həmçinin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında təqdim edilməsinə imkan verəcək.

Nazir əmək, məşğulluq, sosial təminat sistemləri üzrə elektron xidmətlərin genişləndirilməsi sahəsində görülən işləri diqqətə çatdırıb, nazirliyin “e-sosial” internet portalı, “Məşğulluq” altsistemi, pensiyaların avtomatlaşdırılmış təyinatı sistemi və s. barədə məlumat verib. O, həmçinin, əmək resurslarının məşğulluq imkanlarının artırılması üçün getdikcə genişləndirilən aktiv əmək bazarı proqramlarını qeyd edib.  Aparılan bütün islahatların dərin elmi təhlil və araşdırmalara  əsaslandığını vurğulayan S.Babayev əmək, məşğulluq, sosial müdafiə sistemləri ilə bağlı gələcək strateji hədəfləri diqqətə çatdırıb.

Nazir tələbə və müəllim heyətinin suallarını da cavablandırıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

26 2019 11:37 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə